Tacikistan: rəsmilər xəbər saytlarını, Facebook-u qadağan edibAuthorities block news websites, Facebook in Tajikistan

CPJ veb saytı

CPJ, Nyu York, 17.01.2013 – “Tacik rəsmiləri elektrik kəsintiləri, artan işsizlik və insan haqları pozuntuları haqqında yazan ən azı üç xəbər saytına ölkə içində girişi yasaqlayan qərarı ləğv etməlidirlər.” Bunu bu gün Jurnalistləri Müdafiə Komitəsi bəyan edib. Facebook-u da əngəlləyən bu qərar 2012-ci ildən bu yana dördüncü belə yasaqdır.

Almaniya ictimai yayınçısı olan “Alman dalğası” (Deutsche Welle) məlumat verib ki, Tacikistan internet xidməti təminatçıları yerli TJKNews və TopTJ saytları, həmçinin ABŞ dövlətinin maliyyələşdirdiyi Azad Avropa/Azadlıq Radiosunun (Radio ozodi) tacik xidməti, həmçinin Facebook saytlarına girişi bu səhərdən başlayaraq yasaqlayıblar. Adı keçən xəbər vasitələri həmçinin bu ilin payızına nəzərdə tutulan prezident seçkilərinin qalibi ilə bağlı da xəbərlər yayıblar. Facebook-un bu siyahıya nə üçün salınması isə aydın deyil.

Tacikistan İnternet Xidməti Təminatçıları Birliyinin sədri Asomuddin Atoyev “Asia Plus” xəbər saytına müsahibəsində bildirib ki, hələ çərşənbə günü axşamdan dövlət kommunikasiya agentliyi internet təminatçılarına saytlara girişi qadağan edən təlimat göndərib. İnternet təminatçıları yerli mediaya bildiriblər ki, rəsmilər yasağın səbəbləri haqqında onlara bilgi verməyib.

Lakin bu gün “Radio Ozodi”yə müsahibə verən dövlət kommunikasiya agentliyinin rəhbəri Beg Zuxurov yasaqla bağlı deyilənləri inkar edib və deyib ki, saytlara giriş texniki səbəblər üzündən mümkün olmur.

CPJ-nin direktoru Robert Mahoney məsələ ilə bağlı belə deyib: “Tacikistanın internet üzərində davamlı senzura tətbiq etməsi dünyada hökumətlərin öz kirli işlərini gerçəkləşdirmək üçün telekommunikasiya şirkətlərini də əməllərinə ortaq etməklə yer üzündə jurnalistlərin və blogçulara yaratdığı təhlükələri bir daha göstərir. Azad internetə bağlı olan hər kəs bu cür əməllərə qarşı çıxmalı və Tacikistanın xəbər saytlarını əngəlləməyə dərhal son qoyması üçün hərəkətə keçməlidirlər”.

CPJ-nin araşdırmalarına görə, Tacikistan xəbər qurumları hakimiyyətin avtoritar siyasətini tənqid etdiyi üçün 2012-ci ildə müstəqil media və Facebook saytlarına girişi üç dəfə əngəlləyib.

CPJ web site

CPJ, New York, Jan 17, 2013 – Tajik authorities must lift their order blocking domestic access to at least three news websites that have reported critically about issues such as energy shortages, rising unemployment, and human rights abuses, the Committee to Protect Journalists said today. The order, which also applied to Facebook, is at least the fourth such ban since the beginning of 2012.

The German public broadcaster Deutsche Welle reported that Tajik Internet service providers had blocked domestic access to local websites TJKNews and TopTJ, the Tajik service of the U.S. government-funded Radio Free Europe/Radio Liberty (Radio Ozodi), and Facebook since this morning. The news outlets had also speculated about the winner of the presidential elections scheduled for fall. It is unclear why the authorities included Facebook in the ban.

Asomuddin Atoyev, head of Tajikistan’s Internet Service Providers Association, told independent news website Asia Plus in an interview today that the state communications agency had sent a text message to the Internet providers on Wednesday night, ordering them to block access to the sites. ISP representatives told the local press that authorities did not give them a reason for the ban.

In an interview with Radio Ozodi today, Beg Zukhurov, head of the state communication’s agency, denied issuing any orders to the ISPs and suggested instead that the news websites were inaccessible because of technical problems.

“Tajikistan’s serial censorship of the Internet highlights the dangers that journalists and bloggers face worldwide once a government is able to intimidate telecommunications companies into doing its dirty work,” said CPJ Deputy Director Robert Mahoney. “Those who are committed to a free Internet must speak out against such actions and prevail upon Tajikistan to halt its blocking of news websites immediately.”

Tajikistan has blocked domestic access to the independent media or Facebook at least three other times since 2012, after news outlets criticized the government’s authoritarian policies, according to CPJ research.

Number of View: 27262