10 yaşlı idmançı rəssamın uğurları

Məlum olduğu kimi 2023-cü ildə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində eyniadlı rəsm müsabiqəsi keçirdi. Məktəbli və gənclər arasında keçirilən bu müsabiqəyə maraqlı və tarixi önəm kəsb etməsi ilə yaddaqalan əsərlər təqdim edildi. Onu da xatırladaq ki, həmin vaxt çəkilən əsərlərlə yanaşı, iştirakçıların da öz yaşlarına görə fitri istedada malik olduqlarını gördük və qərara gəldik ki, ilk üç yeri tutanlar haqqında müxtəlif media orqanlarında yazılar, ümumilikdə bütün iştirakçılar barədə isə təşkilatın saytında tanıtım yazıları verək.

Beləliklə, finalçılar haqqında növbəti tanıtım yazısını təqdim edirik.

Qeyd edək ki, finalçılardan biri də 21.04.2014 cü ildə Sumqayıt şəhərində anadan olan Vahid Dəmirdi. Məlumat üçün deyək ki, Vahid 2019-cu ildə Abşeron rayonu Xırdalan şəhəri 1 nomrəli orta məktəbdə təhsilə başlayib. Hal-hazirda həmin məktəbin 4 ğ sinifini tamamlayıb.

Müsabiqənin finalçılarından biri olmağa haqq qazanmış Vahid öz yaşına görə həm rəssamlıq, həm də idman sahəsində müəyyən uğurlar qazanıb. Belə ki, o, 23.01.22-ci ildə Taekvandoidman növündə “Şəhidlərimizi qürur və ehtiramla anırıq” şüarı ilə keçirilən yarışda 2-ci yer, 21.11.2021-ci ildə Yoldaşlıq görüşündə yenə 2-ci yer, 11.09.2022- ci ildə Açıq birincilikdə 3-cü yer, 10.07.2022- ci ildə Gənclər və İdman Nazirliyinin keçirdiyi Yoldaşlıq yarışında 2-ci yer, “Asiman” kulubunun teskil etdiyi yarısda 1-ci yer tutub. O, 20.12.2023-ci ildə isə bu idman növü üzrə qara kəmərə laiq görülüb.

Rəssamlığa gəlincə, məlumat üçün bildirək ki, Vahid öz istəyi ilə rəsm kursuna yazılaraq bu sahədə də bir sıra uğurlar qazanıb. Belə ki, o, 11.05.23-cü ildə “6-cı Respublika Uşaq Festifalında uğur qazanaraq Sertifkirat əldə edib.

2023-cü il Vahid Dəmir üçün rəssamlılqa bağlı daha bir uğurla yadda qalıb. Yuxarıda qeyd etdiyimiz kimi, o,
“Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində eyniadlı rəsm müsabiqəsinin finalçılarından biri olub. Buna görə o, sertifikat və həddiyyə ilə təltif olunub.

 

Ailəsinin məlumatına görə, Vahid eyni zamanda bir sıra bilik təmayüllü yarışlarda və seminarlarda da uğurla iştirak edib.

Number of View: 402