Lənkəranda sağlam ailə modelinin təbliği ilə bağlı dəyirmi masa

Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlam ailə modelinin təbliği” layihəsinin icrasını davam etdirir.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, “layihə çərçivəsində növbəti tədbir Lənkəran şəhər 4 nömrəli orta məktəbində keçirilib. Sağlam ailə modelinin qurulmasında və inkişaf etdirilməsində insanların maarifləndirilməsi məqsədi ilə keçirilən, məktəb müəllimlərinin, yuxarı şagirdlərinin, rayon ziyalılarının iştirak etdiyi dəyirmi masada “Ailə sağlam cəmiyyətin və güclü dövlətin təməlidir” mövzusunda çıxışlar edilib və müzakirələr aparılıb”.

Məlumata görə, layihənin rəhbəri, Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri İlham Əliyev, layihənin eksperti, sosioloq Elçin Bayramlı, jurnalist Cabir Məmmədov mövzu ilə bağlı çıxış ediblər: “Layihə rəhbəri İlham Əliyev problemin aktuallığından və sağlam ailə modelinin qurulmasında cəmiyyətin fəallığının artırılmasının vacibliyindən danışıb. İlham Əliyev bildirib ki, ailələrdə uşaqlarla valideynlər arasında səmimi, mehriban münasibətlər qurulmalı, ailə üzvləri yaşayışda və fəaliyyətdə bir-birinə dəstək olmalıdırlar”.

Daha sonra çıxış edən layihənin eksperti, sosioloq Elçin Bayramlı qloballaşma dövründə milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasının daha aktual olduğunu, ailə institutunun qorunmasının vacibliyini qeyd edib. Ekspert gəncləri sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmağa çağırıb.

Məlumata görə, 4 saylı məktəbin direktoru Səadət Kazımova, məktəbin müəllimləri Nigar Kərimova, Gülər Sadıxova, Aida Yusubova, Nəzakət Rzayeva və digərləri mövzu ilə bağlı fikirlərini bildirib, sağlam ailə modelinin qurulmasında həmrəyliyin vacibliyini qeyd ediblər.

Sonda ictimaiyyəti və media nümayəndələrini maraqlandıran suallara cavab verilib.

Number of View: 496