Damla İsrayılova: Çəkdiyim rəsmlərdən ilham alıram

Məlum olduğu kimi 2023-cü ildə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində eyniadlı rəsm müsabiqəsi keçirdi. Məktəbli və gənclər arasında keçirilən bu müsabiqəyə maraqlı və tarixi önəm kəsb etməsi ilə yaddaqalan əsərlər təqdim edildi. Onu da xatırladaq ki, həmin vaxt çəkilən əsərlərlə yanaşı, iştirakçıların da öz yaşlarına görə fitri istedada malik olduqlarını gördük və qərara gəldik ki, ilk üç yeri tutanlar haqqında müxtəlif media orqanlarında yazılar, ümumilikdə bütün iştirakçılar barədə isə təşkilatın saytında tanıtım yazıları verək.

Beləliklə, finalçılar haqqında növbəti tanıtım yazısını təqdim edirik.

Onlardan biri də İsrayılova Damla Fariz qızıdır.

Məlumat üçün bildirək ki, 27.01.2014-cü ildə anadan olan Damla hazırda Xırdalan şəhəri B.Cəfərov adına 3 nömrəli məktəb-liseyin 4-cü sinif şagirdidir.

Bizimlə söhbətində məlum oldu ki, Damla 2022-ildən “Rəngarəngəli Art-studio”da rəsm kursuna başlayıb. Kursa getdiyi dövr ərzində bir çox rəsm sərgilərində iştirak edib və bu uğurlarla yadda qalıb. Belə ki, Damla həmin sərgilərdə iştirakına görə təşəkkürnamə və diplomlarla təltif olunub. Belə uğurlardan biri də

“Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində keçirilən eyniadlı rəsm müsabiqəsi olub. Damla həmin müsabiqədə münsiflərə tərəfindən fərqləndirilərək finala buraxllan iştirakçılardan biri olub.

Bundan başqa Damla Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş rəsm sərgisində də uğurla çıxış edib.

Gələcəkdə bir rəssam kimi fəaliyyətini davam etdirib-etdxirməyəcəyinə gəlincə, Damla “təbii ki davam etdirəcəyəm. Çünki mən çəkdiyim rəsmlərdən ilham alıram” deyib.

Number of View: 26900