Nurcan Əsgərli: Bu cür müsabiqələrə daha çox keçirilməlidir

Məlum olduğu kimi 2023-cü ildə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində eyniadlı rəsm müsabiqəsi keçirdi. Məktəbli və gənclər arasında keçirilən bu müsabiqəyə maraqlı və tarixi önəm kəsb etməsi ilə yaddaqalan əsərlər təqdim edildi. Onu da xatırladaq ki, həmin vaxt çəkilən əsərlərlə yanaşı, iştirakçıların da öz yaşlarına görə fitri istedada malik olduqlarını gördük və qərara gəldik ki, ilk üç yeri tutanlar haqqında müxtəlif media orqanlarında yazılar, ümumilikdə bütün iştirakçılar barədə isə təşkilatın saytında tanıtım yazıları verək.

Beləliklə, finalçılar haqqında növbəti tanıtım yazısını təqdim edirik.

Onlardan biri də 02.08.2005-ci ildə Lənkəranda anadan olan Nurcan Adıgözəl qızı Əsgərlidi.

Nurcan deyir ki, uşaqlıqdan rəsmə böyuk həvəsi olub.

O, özünü bu sahədə inkşaf etdirmək üçün “Rəngarəngəli” rəsm kursuna gedib: “Bu kursa getmək mənə rəssamlığın sirlərini dərindən öyrənməyə yardım etdi. Belə ki, ötən müddətdə bir çox janırda əsərlər çəkmişəm və bir çox sərgidə iştirak etmişəm”.

Konkret olaraq “Türk dünyasının birliyində Heydər Əliyev amili’’ adlı rəsm sərgisinə gəlincə Nurcan bunu uşaq və gənclərin əl işlərinin stimullaşdırılması baxımından uğurlu sayır: “Hesab edirəm ki, bu cür müsabiqələrə daha çox keçirilməlidir. Çünki bu tipli müsabiqələr bizə öz imkanlarımızı geniş ictimaiyyətə çatdırmağa yardım edir”.

Number of View: 764