Zəngilanda “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” adlı panel təşkil olunub

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun sonuncu paneli “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” olub.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənovun moderatorluğu ilə keçirilən müzakirələrdə COP29 TK-nin üzvü, “Smart Nation” platformasının təsisçisi Şəbnəm Məmmədova, COP29 TK-nin üzvü, “EkoSfera” Sosial Ekoloji Mərkəzin sədri Firuzə Sultanzadə, COP29 TK-nın üzvü, “Qadın, İnkişaf, Gələcək” İctimai Birliyinin sədri Gülşən Axundova, iqlim dəyişmələri üzrə müstəqil ekspert İsa Əliyev təqdimatlarla çıxış edib, sualları cavablandırıblar.

Number of View: 662