Həm musiqiçi, həm də rəssam

Məlum olduğu kimi 2023-cü ildə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində eyniadlı rəsm müsabiqəsi keçirdi. Məktəbli və gənclər arasında keçirilən bu müsabiqəyə maraqlı və tarixi önəm kəsb etməsi ilə yaddaqalan əsərlər təqdim edildi. Onu da xatırladaq ki, həmin vaxt çəkilən əsərlərlə yanaşı, iştirakçıların da öz yaşlarına görə fitri istedada malik olduqlarını gördük və qərara gəldik ki, ilk üç yeri tutanlar haqqında müxtəlif media orqanlarında yazılar, ümumilikdə bütün iştirakçılar barədə isə təşkilatın saytında tanıtım yazıları verək.

Beləliklə, finalçılar haqqında növbəti tanıtım yazısını təqdim edirik.

Onlardan biri də Ələkbərova Ayla Rafael qızıdır.

27.03.2012-ci ildə Naxcıvan Muxtar Respublikasında anadan olana Ayla hazırda Abşeron rayon Xırdalan şeherinde 2 nömrəli məktəbin 4-cü sinif şagirdidir.

Qeyd edək ki, Ayla həm rəsm çəkir, həm də msuqi ilə məşğuldur. Belə ki, o, hazırda Xırdalan şəhər musiqi məktəbində təhsil alır.

Rəsm sahəsinə gəlincə, o, deyib: “Uşaq yaşlarımdan rəsm çəkməyə başlamışam. “Baharın rəngləri”, “Xocalıya qayıdış”, “Gəncliyimi necə görmək istərdim” adlı sərgi və müsabiqələrdə iştirak etmişəm. Eyni zamanda, 2023-cü ildə “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində keçirilən eyniadlı rəsm müsabiqəsinin finalçılarından biri olmuşam”.

Yeri gəlmişkən, Aylagilin ailəsini mədəniyyət və incəsənətə xüsusi önəım verən ailələrdən biri kimi dəyərləndirmək olar. Çünki, onun anası Nailə xanım da bir zamanlar Naxçıvan Konservatoriyasında ali təhsil alıb. Həmçinin qardaşı Nail Abşeron rayon musiqi məktəbində təhsil alır.

Number of View: 392