
Fəaliyyətində hər zaman təşəbbüskarlığa, etibarlılığa, həmçinin göstərilən əməyə verilən yüksək qiymətlə fərqlənən “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyi ənənəsinə sadiq qalmaqdadır. Belə ki, təşkilat bu dəfə də növbəti nümunəvi addımını ataraq öz missiyasını davam etdirib.
CASCFEN sədrinin müvafiq imzası ilə təşkilatın veteran üzvlərindən Elman Zəfərli yubiley yaşı münasibətilə plaketlə, Sevda Əskərova isə Təşəkkür Bəlgəsi ilə təltif olunub. Hər iki mükafat CASCFEN-nin Ümumi Yığıncağında təqdim edilib.
Təqdimat zamanı hər iki şəxsə xüsusi minnətdarlığını ifadə edən Nadir Azəri bildirib ki, istər Elman Zəfərli, istərsə də Sevda Əskərova təşkilatın qazandığı uğurlarda, həyata keçirdiyi layihə və fəaliyyətlərdə özünəməxsus rol oynayıblar və bu gün də həmin töhfələri verməyə davam edirlər.
Number of View: 26