İlk təlimi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda parlament seçkilərini izləyəcək Müşahidə missiyasınin nümayəndəsi izləyib
“Vətəndaş Cəmiyyəti Uğrunda” (VCU) Seçki Müşahidə Koalisiyası 1 sentyabr parlament seçkilərində səsvermə günü müşahidə aparacaq müşahidəçilərlə təlimlərə başlayıb.
Bu barədə VCU-dan məlumat verilib.
Bildirilib ki, “20 avqust tarixində başlayan təlimlər 30 avqusta qədər davam edəcək. Təlimlər 30 nəfərlik qruplarla onlayn formatda keçirilir. Koalisiyanın həmtəsisçisi “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri Zaur İbrahimli təlim iştirakçılarını seçkilərin müşahidəsi ilə əlaqədar görülmuş işlər və atılacaq addımlar, təşkilatı məsələlər haqqında məlumatlandırıb”.
Məlumata görə, Koalisiyanın digər həmtəsisçisi Hüquqi Təhlil və Araşdırmalar İB sədri Ramil İskəndərli müşahidəçilərin hüquq və vəzifələri, seçki qanunvericiliyinin pozulmasına görə məsuliyyət, qanunvericilikdə təsbit olunmuş digər məsələlərlə bağlı təlim keçib: “Suallar cavablandırılıb, təkliflər qeydə alınıb. Təlimdə, həmçinin müşahidə aparacaq nüfuzlu QHT rəhbərləri və nümayəndələri iştirak ediblər.
Təlimi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda parlament seçkilərini izləyəcək Müşahidə missiyasınin nümayəndəsi izləyib”.
Məlumatda o da qeyd edilib ki, “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyası sentyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin müşahidəsini həyata keçirəcək: “Koalisiya “Bələdiyyələrin fəaliyyətinin təbliği” İB, Hüquqi Təhlil və Araşdırmalar İB, “Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İB tərəfindən yaradılıb. “Vətəndaş cəmiyyəti uğrunda” Seçki Müşahidə Koalisiyasının məqsədi seçki prosesində şəffaflığın, hesabatlılığın, inklyuzivliyin təmin edilməsi, namizədlərin qeydiyyatı, təşviqat kampaniyasının aparılması, səsvermə günü səslərin hesablanması və şikayətlərə baxılması, seçki administrasiyasının fəaliyyəti, seçki mühiti və beynəlxalq standartlar və qabaqcıl təcrübənin nəzərə alınması məsələləri ilə əlaqədar bütün maraqlı tərəfləri müstəqil, obektiv qiymətləndirmə ilə təmin etməkdir. Koalisiya seçki marafonunda iştirak edən siyasi partiyalar və namizədləri, həmçinin monitorinq və müşahidə fəaliyyətini həyata keçirilən yerli və beynəlxalq təşkilatları, media subyektlərini əməkdaşlığa dəvət edir. Seçki prosesi ilə əlaqədar müraciətlər, təkliflər, şikayətlər vcukoalisiya@gmail.com elektron poçt ünvanı vasitəsilə qəbul edilir. Əlavə məlumat almaq üçün əlaqə vasitələri: Zaur İbrahimli – E-mail: vcukoalisiya@gmail.com; Tel: (012) 5954915; Votsap: (+99450) 3164694”
Number of View: 467