Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu “İqlim ədaləti uğrunda beynəlxalq həmrəyliyin gücləndirilməsi” layihəsinin icrasına başlayıb.
2024-cü il noyabrın 9-u layihənin xarici tərəfdaşı olan Pan-Afrika İqlim Ədaləti Alyansı (PACJA) ilə birgə “İqlim maliyyəsi üzrə ehtiyacların təminatı” mövzusunda konfrans keçirilib.
Konfransın məqsədi COP29 üçün Afrika ölkələrinin ortaq mövqeyini möhkəmləndirmək, Bakıda Yeni Kollektiv Kəmiyyət Məqsədini təmin etməyə və iqlim böhranını həll etmək üçün davamlı iqlim maliyyə axınını təmin etməyə çağırış, həmçinin COP29-da qarşılıqlı həmrəylik göstərməkdir.
Konfransda 25-i Pan-Afrika İqlim Ədaləti Alyansı üzvü olan Afrika QHT-ləri ilə yanaşı, ümumilikdə 54 qeyri-hökumət təşkilatı iştirak edib.
Tədbirdə təqdimatlar dinlənilib, müzakirələr aparılıb.
Qeyd edək ki, bu layihə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə elan etdiyi “COP29-la bağlı beynəlxalq təşəbbüslər” qrant müsabiqəsinin qalibidir.
Number of View: 9353