Ayla Məmmədova: Gələcəkdə özümü tanınmış rəssam kimi görmək istəyirəm

Məlum olduğu kimi 2023-cü ildə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində eyniadlı rəsm müsabiqəsi keçirdi. Məktəbli və gənclər arasında keçirilən bu müsabiqəyə maraqlı və tarixi önəm kəsb etməsi ilə yaddaqalan əsərlər təqdim edildi. Onu da xatırladaq ki, həmin vaxt çəkilən əsərlərlə yanaşı, iştirakçıların da öz yaşlarına görə fitri istedada malik olduqlarını gördük və qərara gəldik ki, ilk üç yeri tutanlar haqqında müxtəlif media orqanlarında yazılar, ümumilikdə bütün iştirakçılar barədə isə təşkilatın saytında tanıtım yazıları verək.

Beləliklə, finalçılar haqqında növbəti tanıtım yazısını təqdim edirik.

Finalçılardan biri də Ayla Məmmədovadır.

Məlumat üçün bildirək ki, Ayla 28 iyun 2014-cü ildə XTQ üzvü, Şuşanın işğaldan azad edilməsində iştirak edən mayor Məmmədov Azərin ailəsxində dünyaya gözə açıb.

Ayla Xırdalan şəhər 3 nömərli məktəb-liseyin 4-cü sinif şagirdidi. Anasi deyir ki, rəsmə marağı olan, gözəl rəsmler çəkən Ayla dərslərində də əlaçıdır: “Rəsmin sirlərini isə rəsm müəllimi olan Təhmine Əlidən öyrənir”. Məlumat üçün bildirək ki Ayla bir cox sərgilərdə iştirak edib. Uğurlu istirakına görə təltif olunub. Bunlardan biri də yuxarıda bəhs etdiyimiz “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində eyniadlı rəsm müsabiqəsidir.

Qeyd edək ki, finalçılardan biri olan Ayla rəsm müsabiqəsində uğurlu iştirakına görə sertifikat və xüsusi hədiyyə ilə təltif olunub.
Bizimlə söhbətində rəssamlığın onun üçün önəm kəsb etdiyini deyən Ayla “Gələcəkdə özümü tanınmış rəssam kimi görmək istəyirəm” dedi.

Number of View: 631