Zəngilanda QHT forumu davam edir

Zəngilanda Konqres Mərkəzində “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu” davam edir. Bu gün “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları” mövzusunda panel müzakirələri təşkil olunub.

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyevin moderatorluğu ilə keçirilən müzakirələrdə ETSN yanında İctimai Şuranın sədri, EPF Koalisiyasının həmtəsisçisi Amin Məmmədov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov, Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov ətraflı təqdimatlarla çıxış edib. Panel çərçivəsində auditoriyanın sualları cavablandırılıb.

Number of View: 575