8 ölkədə 8 yazı

Aqil Ələsgərin Qərbi Azərbaycanla bağlı Avropada silsilə yazıları yayınlanıb

“Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Avropadakı türk mediasında Qərbi Azərbaycana qayıdış mövzusunun inkişafı” layihəsini həyata keçirib.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, “layihə rəhbəri, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun baş direktoru Aqil Ələsgər Avropanın siyasi paytaxtı sayılan Belçikanın Brüssel şəhərində nəşr olunan “Belçika Aydın Haber” jurnalının baş redaktoru Cəlil Gündoğdu, “Brukselturk.be” saytının baş redaktoru Yusif Cinal, Hollandiyanın Amsterdam şəhərində Türk Evi Topluluğunun sədri, tanınmış yazar Veyis Güngör, Belçika Türk Jurnalistlər Birliyinin sədri Hüseyn Dönməz, Rotterdam şəhərində fəaliyyət göstərən “Manşet” saytının baş yazarı Mehmet Əli Topçu, Almaniyada fəaliyyət göstərən “Haberin saatı” saytının baş redaktoru İlhan Kılıç, “Bağımsız Objektiv” saytının qurucusu Murad Əli Blax ilə görüşüb. Layihə çərçivəsində Avropa Türk Media və Jurnalistlər Birliyinin sədri Əli Paşa Akbaş ilə görüşən Aqil Ələsgər Avropadakı yeganə böyük türk telekanalı olan “Kanal Avropa”da da çıxış edərək Qərbi Azərbaycan mövzusunun aktuallığını Avropadakı türklərə çatdırıb. Türk İnternet Media Birliyinin Almaniya təmsilçisi Ərdal Altuntaşın dəvətilə Hamburq Türk Jurnalistlər Birliyi üzvü olan jurnalistlərlə görüşən A.Ələsgər jurnalistlərin suallarını cavablandırıb”.

Qeyd edək ki, görüşlər və məqalələr abrədə ətraflə məlumatla buradan tanış olmaq olar.

Number of View: 835