Ülvi Məmmədli: Arzum Səttar Bəhlulzadə kimi məhşur rəssam olmaqdır

Məlum olduğu kimi 2023-cü ildə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində eyniadlı rəsm müsabiqəsi keçirdi. Məktəbli və gənclər arasında keçirilən bu müsabiqəyə maraqlı və tarixi önəm kəsb etməsi ilə yaddaqalan əsərlər təqdim edildi. Onu da xatırladaq ki, həmin vaxt çəkilən əsərlərlə yanaşı, iştirakçıların da öz yaşlarına görə fitri istedada malik olduqlarını gördük və qərara gəldik ki, ilk üç yeri tutanlar haqqında müxtəlif media orqanlarında yazılar, ümumilikdə bütün iştirakçılar barədə isə təşkilatın saytında tanıtım yazıları verək.

Beləliklə, finalçılar haqqında növbəti tanıtım yazısını təqdim edirik.

Onlardan biri də Məmmədli Ülvi Afiz oğludur.

Məlumat üçün bildirək ki, 25 aprel 2007-ci ildə Xırdalan şəhərində anadan olan Ülvi hazırda Xırdalan şəhəri 2 -li tam orta məktəbin 11-ci sinfini bitirib.

Bizimlə söhbətində rəssamlığa xüsusi marağının oldğunu deyən Ülvi “Dəfələrlə Xətai İncəsənət Mərkəzi tərəfindən keçirilən rəsm sərgilərində yaxından iştirak etmiş və setrifikatlarla mükafatlandırılmışam. İdman və Gənclər Nazirliyi tərəfindən keçirilmiş sərgilərdən ikisində iştirak etmiş, ilk dəfə sertifikatla, 2-ci dəfə isə 3-yerə seçilərək diplomla təltif edilmişəm” deyib.

O, hazırda fərdi olaraq “Rəngarəngəli” rəsm kursunda rəsm dərslərinə gedir.

Ülvi deyir ki, “Arzum Səttar Bəhlulzadə kimi məhşur rəssam olmaqdır”.

Number of View: 26783