Nigar Teymurzadə: Gələcəkdə tanınmış animator rəssam olmaq istəyirəm
Məlum olduğu kimi ötən il “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində eyniadlı rəsm müsabiqəsi keçirdi. Məktəbli və gənclər arasında keçirilən bu müsabiqəyə maraqlı və tarixi önəm kəsb etməsi ilə yaddaqalan əsərlər təqdim edildi. Həmin əsərlərdən biri də müsabiqədə iki ikinci yerdən birini tutan “Zəfər yolu” adlı əsər idi. Nigar Teymurzadənin müəllifi olduğu həmin əsər özündə tarixi Zəfərimizi və bu zəfərə aparan yolu əks etdirirdi.
Onu da xatırladaq ki, həmin vaxt çəkilən əsərlərlə yanaşı, iştirakçıların da öz yaşlarına görə fitri istedada malik olduqlarını gördük və qərara gəldik ki, ilk üç yeri tutanlar haqqında müxtəlif media orqanlarında yazılar, ümumilikdə bütün iştirakçılar barədə isə təşkilatın saytında tanıtım yazıları verək.
Beləliklə, növbəti həmsöhbətimiz müsabiqədə iki ikinci yerdən birini tutan Nigar Teymur qızı Teymurzadədir.
Nigar ilk rəsmini anasına hədiyyə edib
Məlumat üşün bildirək ki, Nigar Teymurzadə 2011-ci ildə Bakı şəhərində anadan olub. 2017-ci ildə Abşeron-Xızı Regional Təhsil İdarəsinin Xırdalan şəhəri 2 saylı tam orta məktəbin 1-ci sinifinə gedib və hazırda həmin məktəbin 7-ci sinifində təhsil alır.
Bu barədə müsahibə zamanı anası Nərmin xanım dedi. Beləliklə Nərmin xanımı dinləyək: “İlk dəfə Nigarın 10 yaşı olanda onun rəsmə marağını hiss edim. Özü də onun ilk rəsmi mənim üçün unudulmaz oldu. Çünki qızım həmin rəsmi 8 mart hədiyyəsi olaraq mənə çəkmişdi”.
Anası deyir ki, bundan sonra Nigarın rəsm çəkməyə marağının olduğunu görüb və bu sahədə yetişməsi üçün lazım olan dəstəyi veriblər. Hazırda isə o, rəssam Təhminə Əlinin laboratoriyasında rəssamlığın sirrlərini öyrənir.
Nigar daha da irəli getməyə iddialıdır
Adətən mədəniyyət sahəsində istedada sahib olan uşaq və gənclərdən söhbət düşəndə deyirlər ki, “bu uşaq nəslin davamçısıdır. Ona bu istedad gendən gəlir”. Bəs Nigarın rəssamlığı meyil etməsində də gen məsələsi rol oynayıbmı?
Bu suala da anası cavab verir: “Nəslimizdə rəssamlar var. Nigarın dayısı və dayısı qızı rəsm çəkməklə məşğuldur. Amma Nigar daha da irəli getməyə iddialıdır. Məncə bu barədə özü sizə ətraflı hər şeyi deyə bilər”.
Hədəfimə çatmaq üçün gecə-gündüz əzmlə çalışacam
Beləliklə, elə bu yerdə söhbətə Nigar qoşulur: “Əslində, onlar həvəskar kimi çəkirlər. Amma mənim hədəfim böyükdür. Hədəfim peşəkar rəssam olmaq, bu sahədə xalqımıza və dövlətimizə xidmət etməkdir. Bu hədəfimə çatmaq üçün gecə-gündüz əzmlə çalışacam. Əminəm ki, hədəfimə də nail olacam. Çünki insan qarşısına hədəf qoyur və ona çatmaq üçün əzmkarlıq edirsə, mütləq uğur qazanır”.
Bu müsabiqə mənim və orada iştirak edən digər uşaqların həyatında unudulmaz izlər buraxdı
N.Teymurzədə növbəti sualımız gözləmədən keçid alır yuxarıda bəhs etdiyimiz müsabiqəyə: “Mən fürsətdən istifadə edib “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində eyniadlı rəsm müsabiqəsinin keçirilməsinə görə bütün təşkilatçılara minnətdarlıq edirəm. Bu müsabiqə mənim və orada iştirak edən digər uşaqların həyatında unudulmaz izlər buraxdı”.
İlk dəfə idi ki əsərim qalib gəlirdi
O, müsabiqədə iki ikinci yerdən birini tutuduğu üçün xüsusilə də özünü xöşbəxt saydığını deyir: “Mən bu günə kimi bir sıra sərgi və müsabiqələrin iştirakçısı olmuşam. Bu rəsm müsabiqələrdə fəxri fərmanlar, sertifikatlar almışam. Amma ilk dəfə idi ki əsərim qalib gəlirdi. Buna görə də münsiflərə, əsərimə dəyər verən hər kəsə təşəkkür edirəm”.
N.Teymurzadə deyi\= b ki, bu əsəri çəkəndə anasından məsləhət alıb: “Anam mənə belə bir ideya verdi ki, əsərində Zəfərimizə aparan yolu əks etdir. Mən də Zəfərimizin simvolu olan “Dəmir yumruq” fonunda dünənin və bu günün Qarabağını təqdim etdim. Yəni işğal zamanı dağıdılmış, talan edilmiş Qarabağdan işğaldan azad edildən sonra sürətlə inkişaf edən Qarabağa aparan yol və bu yolun mərkəzində Dəmir yumruq”.
Gizgi filmi vasitəsilə uşaqlara öz sözümü demək istəyirəm
Gəlirik əsas suala. Nigarın gələcəkdə rəssamlığın hansı sahəsində fəaliyyət göstərmək istəməsinə. Və cavab maraqlı olur: “Gələcəkdə tanınmış animator rəssam olaraq xalqımıza xidmət etmək istəyirəm. Yəni gizgi filmi vasitəsilə uşaqlara öz sözümü demək istəyirəm. Artıq çoxlu sayda cizgi əsərlərim də var. İnanıram ki, bu sahədə uğur qazana biləcəm”.
Sonda isə Nigar rəssam olmaq istəyən yaşıdlarına dost tovsiyəsini çatdırdı: “Rəsm çəkmək istəyən yaşıdlarıma demək istəyirəm ki, özlərinə inam hissi güclü olsun. Desinlər ki, “mən mütləq bunu bacaracam” və bütün güclərini ortaya qoysunlar. Pis çəkmək eyib deyil. Sadəcə ruhdan düşməsinlər və əmin olsunlar ki, öyrənib növbəti dəfə daha yaxşı çəkəcəklər”.
Number of View: 1386