Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura bu məsələlərin müzakirə və məqsədilə dövlət orqanları və QHT-ləri bir araya gətirib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB ilə birlikdə 02 may 2024-cü il tarixdə “Böyük Qayıdış – dayanıqlı məskunlaşma və icmaların inkişafında QHT-lərin iştirakı” mövzusunda İctimai dinləmə keçiriib.
İctimai dinləmədə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına, dayanıqlı məskunlaşma və icmaların inkişafı, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, o cümlədən həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılmasına ictimai təşəbbüslərə dəstək verilməsi, QHT-lərin rolu və iştirakı, mümkün töhfəsinə dair fikir mübadiləsi aparılıb.
İctimai Şura sədri Anar Xəlilov Böyük Qayıdış prosesi çərçivəsində görülmüş işlər, İctimai Şura və QHT-lərin iştirakı barədə məlumat verib, təklif və tövsiyyələri diqqətə çatdırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidmətinin nümayəndəsi Nizami Məmmədov, “Azərenrji”-nin məsul əməkdaşı Sənan Ağayev, “Azərsu”-nun məsul işçisi Natiq Abbasov, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndələyinin təmsilçisi İsmayıl İsmayılov, İctimai Şura üzvləri, ixtisaslaşmış QHT-lərin təmsilçiləri iştirak ediblər.
Dövlət qurumları görülmüş işlər haqqında məlumat veriblər, QHT-lərin töhfəsi, iştirakçılığı ilə əlaqədar öz fikir və təklifləri ilə bölüşüblər. QHT-lər öz rəylərini, təkliflərini diqqətə çatdırıblar. Əməkdaşlığın gücləndirilməsi ilə bağlı təşəbbüslər müzakirə edilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura İctimai dinləmədə səslənmiş təklifləri ümumiləşdirəcək və dövlət qurumlarına təqdim edəcək.
Number of View: 820