Peşəkar bir rəssam kimi xalqıma və dövlətimə xidmət etmək istəyirəm

Zəhra Nurullayevaya mükafat təqdim edilərkən
Zəhra Nurullayevaya mükafat təqdim edilərkən

Zəhra Nurullayeva: Bu müsabiqə daha da inamlı və əzmkar olmaq üçün bizə təkan verdi

Məlum olduğu kimi 2023-cü ildə “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində eyniadlı rəsm müsabiqəsi keçirdi. Məktəbli və gənclər arasında keçirilən bu müsabiqəyə maraqlı və tarixi önəm kəsb etməsi ilə yaddaqalan əsərlər təqdim edildi. Həmin əsərlərdən birinin müəllifi də müsabiqədə 3 üçuncü yerdən birini tutan Zəhra Nurullayevadır. Zəhranın çəkdiyi “Turan yolu” əsəri münsiflər tərəfindən ən çox bəyənilən əsərlər sırasında oldu. Çünki bu əsərdə həm türk birliyinin dönməzliyinə, həm də bu birliyin Zəngəzur dəhlizinin də azadlığa qovuşmasından keçməsinə dair bir mesaj verilirdi.

Onu da xatırladaq ki, həmin vaxt çəkilən əsərlərlə yanaşı, iştirakçıların da öz yaşlarına görə fitri istedada malik olduqlarını gördük və qərara gəldik ki, ilk üç yeri tutanlar haqqında müxtəlif media orqanlarında yazılar, ümumilikdə bütün iştirakçılar barədə isə təşkilatın saytında tanıtım yazıları verək.

Beləliklə, növbəti həmsöhbətimiz müsabiqədə üç üçüncü yerdən birini tutan və hələ kiçik yaşlaırndan rəsm çəkən Zəhra Mustafa qızı Nurullyaevadır.

 

Bu müsabiqədə iştirakın özü bir uğur, gələcəyimiz üçün güclü bir təkandır

Qeyd edək ki, onunla söhbətə müsabiqədə qalib olduğu “Turan yolu” əsəri barədə məlumatla körpü saldıq.

Müsabiqə finalçıları bir arada
Müsabiqə finalçıları bir arada

Zəhra dedi ki, müsabiqə xəbərini eşidəndə çox sevinib: “Düzdür, qatılmaqla bağlı öncə bir az tərəddüd etdim. Lakin həm valideynlərim, həm də müəllimim Təhminə Əlinin verdiyi mənəvi dəstək məni ruhlandırdı. Bu gün isə onlara “var olun” deyirəm. Xüsusilə də hazırda da mənə rəssamlığın sirrini öyrədən, hər zaman yanımızda olan dəyərli müəllimimiz Təhminə Əliyə minnətdarlıq edirəm. Çünki bu müsabiqə mənim və orada iştirak edən digər uşaqların həyatında yaddaqalan izlər buraxdı. Axı biz məhz Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş bir müsabiqənin iştirakçıları olmuşuq. Yəni, düşünürəm ki, hansı yeri tutub-tutmamasından aslı olmayaraq elə bu müsabiqədə iştirakın özü bir uğur, gələcəyimiz üçün güclü bir təkandır”.

Bu cür tarixi mövzulu müsabiqələr çox olmalıdır

Sözünə davam edən Zəhra müsabiqə təşkilatçılarına minnətdarlığını da çatdırdı: “Mən fürsətdən istifadə edib CASCFEN rəhbərliyinə və layihəni dəyərləndirən QHT-lərə Dövlət Dəstəyi Agentliyinə minnətdarlıq edirəm. Nə yaxşı ki, belə gözəl müsabiqə keçirdilər. Müsabiqənin tarixi olması isə bizim kimi məktəbli və gəncləri gələcəkdə daha da həvəslə çalışmağa sövq edir”.

Müsahibə zamanı
Müsahibə zamanı

O, hesab edir ki, bu cür tarixi mövzulu müsabiqələr çox olmalıdır.

Turan yolu həm də Zəngəzurdan keçir

Müsabiqəyə qatıldığı “Turan yolu” əsərinə gəlincə, Zəhra dedi ki, ilk olaraq türk dünyasının birliyinə xidmət edən bir əsər ortaya qoymaq barədə düşünüb: “Sağ olsun müəllimim də öz dəyərli məsləhətlərini əsirgəmədi. Nəticədə də üçüncü yeri tutan bir əsər ərsəyə gəldi. Mən xoşbəxtəm ki, Ulu önədr Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı keçirilən layihə çərçivəsində reallaşdırılan müsabiqənin qaliblərindən biri oldum. Həmin qalib gələn əsərimin türk dünyasına xidmət edən “Turan yolu” olması isə xoşbəxtliyimi bir daha artırır. Çünki biz türk dövləti olaraq türk dünyasının bir parçasıyıq. Digər tərəfdən Turan yolu həm də Zəngəzurdan keçir. Ona görə də əsərimdə həm də Zəngəzur dəhlizi ilə bağlı bir mesaj vermək istədim”.

Zəhranın müsabiqədə üçüncü yeri tutmuş "Turan yolu" əsəri
Zəhranın müsabiqədə üçüncü yeri tutmuş “Turan yolu” əsəri

Qeyd edək ki, bu, Z.Nurullayevanın iştirak etdiyi ilk geniş müsabiqə olub: “Onu da qeyd edim ki, bu, mənim iştirak etdiyim ilk belə geniş müsabiqə idi. Bu da ayrı bir xoşbəxtlikdir”.

Məktəbdə ilk sərgi

Bu müsabiqədən sonra Zəhranın təhsil aldığı Xırdalan şəhəri 8 nömrəli tam orta məktəbdə onun sərgisi də təşkil edilib: “Məktəbdə rəssam olmaq istəyən və bu cür rəsmlər çəkən ilk şagirdəm. Buna görə də məktəb rəhbərliyi, həmçinin sinif rəhbərim məktəbdə sərgimin keçirilməsinə dəstək verdi. Bu sərgi mənə həm də bir stimul verdi. Gələcəkdə daha geniş areanda fərdi sərgilərimin keçirilməsi üçün daha əzmlə çalışmalıyam”.

Sərgidən xatirə fotosu
Sərgidən xatirə fotosu

Bu günə kimi bir çox təşkilat və qurumların keçirdikləri müxtəlif mövzulu sərgilərdə digər gənc rəssamlarla birlikdə öz əsəri ilə iştirak edən Z.Nurullayeva həmin sərgilərdə iştirakına görə çoxsaylı sertifikatlar alıb: “Xocalıya həsr edilmiş sərgidə iştirakıma görə isə diplomla təltif edildim. Eyni zamanda 2 fevral Gənclər Gününə həsr olunmuş “Gəncliyimi necə görmək istəyirəm” adlı respublika müsabiqəsində 3-cü yeri tutdum. Həmçinin, 5-ci Respublika uşaq festivalı çərçivəsində elan olunmus müsabiqənin yekun sərgisində, “Baharın rəngləri”, “Doğma diyarım Azərbaycan” adlı sərgilərdə də uğurla iştirak etmişəm. Təbii ki, bütün bunlar məni daha da həvəsləndirir və daha da məsuliyyətli olmağa sövq edir. Çünki gələcəkdə peşəkar bir rəssam kimi xalqıma və dövlətimə xidmət etmək istəyirəm”.

Şagirdlərin, elə Zəhranın da sevimlisi İlhamə müəllimə məktəbdəki sərginin təşkilində yaxıdan dəstək olub
Şagirdlərin, elə Zəhranın da sevimlisi İlhamə müəllimə məktəbdəki sərginin təşkilində yaxıdan dəstək olub
Number of View: 974