ATƏT-in media azadlığı üzrə nümayəndəsi jurnalistlərə qarşı zorakılığı pisləyirOSCE media freedom representative criticizes police violence against journalists

Dunja Mijatović

Vyana, ATƏT, 15.01.2013 – ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatović bu gün bildirib ki, yaxınlarda Bakıda keçirilən ictimai etiraz zamanı polisin jurnalistlərə qarşı həddən artıq güc tətbiq etməsindən narahatdır.

Azərbaycan ordusunun bir əsgərinin ölümünə etiraz olaraq yanvarın 12-də təşkil edilən nümayiş zamanı bir neçə reportyor zorakılığa məruz qalmış və onların işini icra etməsi əngəllənmişdir.

“Mən media işçilərinə qarşı olan bütün zorakılıqları plüralizm və media azadlığına ciddi əngəl kimi tənqid edirəm. Mən Azərbaycan rəsmilərini bu olayı araşdırıb gələcəkdə belə halların baş verməməsi üçün addımlar atmağa çağırıram”, – deyə Dunja Mijatović bildirib.

Zorakılığa məruz qalanlar arasında Obyektiv TV-nin müxbiri Radim Əliyev, “Azadlıq” radiosunun müxbiri Vüsalə Əlibəyli, “Azadlıq” qəzetinin müxbiri İslam Şıxəli, həmçinin deyerler.org xəbər portalının jurnalisti olub. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun sədri Emin Hüseynov da nümayişdə olduğu zaman polis tərəfindən vurularaq yerə yıxılıb.

“Mən özəlliklə ona görə rahatsızam ki, jurnalistlərə qarşı bu əməl onların fərqləndirici geyimdə olmasına baxmayaraq törədilib”, – deyə Dunja Mijatović bu gün Azərbaycan Xairic İşlər və Daxili İşlər nazirliklərinə göndərdiyi məktubda qeyd edir.

“Bu olay bir daha onu göstərir ki, ötən ilin noyabrında mənim ofisimin polislər üçün jurnalistlərin təhlükəsizliyi ilə bağlı təşkil etdiyi trening kursu kimi birgə fəaliyyətləri davam etdirməyə ehtiyac var”, – deyə o əlavə edib. Bu, Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən və Mətbuat Şurası ilə birlikdə icra edilən ilk belə trening kursu olub.

İngilicədən tərcümə CASCFEN-ə aiddir.

Dunja Mijatović

Vienna, OSCE, Jan 15, 2013 – The OSCE Representative on freedom of the Media, Dunja Mijatović, said today she was concerned over the excessive use of force against journalists by riot police during a recent public protest in Baku.

Several reporters were harassed and prevented from doing their job during a demonstration on 12 January against the deaths of young Azerbaijani army conscripts.

“I condemn all violence against media workers as serious obstacles to pluralism and media freedom. I ask the Azerbaijani authorities to investigate this incident and take measures to prevent similar incidents in the future,” said Mijatović.

Among the affected journalists were Objectiv TV correspondent Radim Aliyev, RFE/RL reporter Vusala Alibayli, Azadliq newspaper correspondent Islam Shikhali, as well as a journalist from deyerler.org news portal. Emin Huseynov, Chair of the Institute for Reporters’ Freedom and Safety (IRFS), who was also at the demonstration, was pushed to the ground by a policeman.

“I am particularly concerned that the journalists were mistreated even though they were wearing reflective vests, clearly identifying them as journalists,” said Mijatović in letter sent today to Azerbaijani foreign and interior ministers.

“This incident also shows that we need to continue our joint activities, such as the training course my office organized for police officers and journalists in Baku last November to promote standards in the safety of reporters,” she added. This was the first such training course financed by the Government of Azerbaijan and held jointly with the Press Council of Azerbaijan.

Number of View: 19660