Azərbaycan: Saytlara hücumlar informasiya təhlükəsizliyini təhdid edirAzerbaijan: Cyber attacks on news sites threaten information security

Azər Həsrət

Bakı, CASCFEN, 15.01.2013 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) son zamanlar Azərbaycanda fəaliyyət göstərən populyar xəbər saytlarına qarşı artan hücumlarla bağlı bəyanat yayıb.

Qurumun rəhbəri Azər Həsrətin mediaya verdiyi açıqlamada qeyd edilir ki, son bir neçə ay ərzində xüsusən də ən populyar xəbər saytlarına qarşı artan kiber hücumlar Azərbaycanda bu sahəyə məsul olan dövlət strukturlarının hərəkətə keçməsini zəruri edir. “Bizdə olan məlumata görə qafqazinfo.az, musavat.com, azadliq.az, publika.az, modern.az, gunxeber.com, lent.az, kulis.az, apa.az və yeni fəaliyyətə başlamış minval.az kimi ölkə ictimaiyyətinin əsas xəbər vasitəsi olan internet resurslarına intensiv kiber hücumlar edilir. Bu isə həmin resursların normal fəaliyyətini ciddi şəkildə əngəlləməklə vətəndaşların informasiya əldə etməsinə, həmçinin azad şəkildə özünü ifadəsinə maneə törədir. Hələlik həmin hücumların kim tərəfindən və nə məqsədlə törədilməsi bəlli olmasa da düşünürük ki, bunu Azərbaycan xalqına və dövlətinə düşmən qüvvələr edir. Ona görə də müvafiq dövlət qurumları dərhal hərəkətə keçib bu resursların təhlükəsizliyinin təmin edilməsində öz sözünü deməlidir”, – deyə Azər Həsrət bildirib.

Şəbəkə rəhbəri onu da əlavə edib ki, saytlara qarşı təşkil edilən hücumlar Azərbaycanın informasiya təhlükəsizliyinə ciddi təhdiddir: “Biz nəzərə almalıyıq ki, torpaqlarımız hələ də Ermənistanın işğalı altındadır. Ölkəmiz İran, Rusiya kimi qonşu ölkələrin zaman-zaman boy verən təhdidlərinə tuş gəlir. Belə bir mərhələdə informasiya blokadısının baş verməsi Azərbaycanın təklənməsinə gətirib çıxara bilər. Ona görə də dövlət məsələni ciddi şəkildə araşdırmaq üçün gecikmədən hərəkətə keçməlidir.”

Azər Həsrət onu da qeyd edib ki, başçılıq etdiyi təşkilatın müşahidələri eyni dövrdə İrana və Rusiyaya bağlı olan və ya rəğbəti ilə seçilən internet resurslarına qarşı hücumların olmadığını göstərib.

CASCFEN Mətbuat Xidməti

Azer Hasret

Baku, CASCFEN, Jan 15, 2013 – Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) has acted with the statement in regard to increasing cyber attacks on popular Azerbaijani news sites.

As told Azer Hasret, a chairman of the Network to national media, increasing cyber attacks on popular news sites in Azerbaijan during last several months, should force responsible state structures to act immediately. “According to our information attacks against such popular news sites like qafqazinfo.az, musavat.com, azadliq.az, publika.az, modern.az,  gunxeber.com, lent.az, kulis.az, apa.az and newly launched minval.az are intensified. And this situation seriously effects the existence of these resources and causes problems for people to get information and express themselves freely. For now we don`t have proper information on who and why is committing these attacks. But we are sure that the attacks are committed by those who are hostile to Azerbaijani statehood and people. That’s why we call on responsible state structures to act immediately and take necessary steps to ensure security of these resources”, – says Azer Hasret.

A chairman of the Network has added also that the attacks on news sites causes serious threat to information security of Azerbaijan: “We should take into consideration that some territories of Azerbaijan are still under occupation of Armenia. Our country from time to time faces threats by neighbor countries like Russia and Iran. In such a situation information blockade can cause serious problems for Azerbaijan. That’s why the state bodies must immediately act to overcome the problem and investigate all cases”.

Azer Hasret has noted as well that according to monitoring data by his organization during the same period no any news sites related to or feeling sympathy to Russia and Iran faced cyber attacks.

CASCFEN Press Service

Number of View: 14061