Söz Azadlığı Şəbəkəsindən 26 yanvar aksiyası dəyərləndirməsi – VideoFreedom of Expression Network evaluates 26th of January action – Video

CASCFEN Logosu

CASCFEN, Bakı, 28.01.2013 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) 26 yanvar 2013-cü il tarixində Bakı şəhərində bir qrup vətəndaşın keçirdiyi etiraz aksiyası zamanı jurnalistlərin peşə fəaliyyətinin yerinə yetirilmə şəraitiylə bağlı açıqlama yayıb.

Təşkilatın sədri Azər Həsrətin verdiyi bilgiyə görə, açıqlamada qeyd edilir ki, qurum təmsilçiləri müvafiq tapşırıq əsasında hadisə yerində müşahidələr aparıb. Əldə edilən bilgilərə əsaslanaraq CASCFEN belə qənaətə gəlib ki, ümumilikdə aksiyadan informasiya toplayan zaman fərqlənmə geyimində olan media təmsilçilərinin fəaliyyətinə ciddi əngəllər törədilməyib. Bir çox polis əməkdaşları jurnalistlərlə münasibətdə nəzakətli davranmağa çalışıb və sevindirici haldır ki, media təmsilçilərinin tam olaraq aksiyanın çəkilişlərini aparması əngəllənməyib. Lakin müstəqil mənbələrin verdiyi bilgilərə, həmçinin internet xəbər saytlarında yer alan videolara görə, bəzi mülki geyimli şəxslərin jurnalistlərə qarşı kobud davranışları da müşahidə edilib. Bu isə onu deməyə əsas verir ki, aksiyanın sakit keçməsində maraqlı olmayan kənar qüvvələr media təmsilçilərini hədəf almaqla hüquq mühafizə orqanları təmsilçilərinin qanun çərçivəsindəki davranışlarına kölgə salmağa cəhd ediblər. Ona görə də video və fotoları internet saytlarında geniş yayılmış bu şəxslərlə bağlı hüquq mühafizə orqanlarının tədbir görməsinə zərurət var.

CASCFEN öz açıqlamasında daha sonra qeyd edir ki, bəzi jurnalistlər hadisə yerinə Azərbaycan Mətbuat Şurasının müəyyən etdiyi fərqlənmə geyimində gəlmədikləri üçün aksiya dağıdılarkən səhvən kobud münasibətlə üzləşiblər. Bir neçə jurnalist isə sadəcə olaraq aksiyaya etirazçı kimi qatılıb və onlar barəsində də digər etirazçılara tətbiq edilən tədbirlər görülüb.

Qurumun açıqlamasında belə bir çağırış da yer alıb ki, jurnalistlər bu cür kütləvi və qarşıdurma ehtimalı yüksək olan aksiyaları işıqlandırarkən mütləq fərqləndirici geyimdən istifadə etsinlər.

CASCFEN Logo

CASCFEN, Baku, Jan 28, 2013 – The Baku based freedom of expression organization, Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) has acted with statement in regard to situation for implementing professional duties of journalists during the protest action conducted by the group of people on January 26, 2013 in Baku.

According to Azer Hasret, a chairman of the organization, representatives of CASCFEN have conducted monitoring of the situation during the action based on relevant order. CASCFEN, based on the data collected during monitoring, came to the decision that in general no obstacles were created for media workers with clear press identification wearing. The most policemen in the scene tried to be quite polite towards media workers and journalists were able to record all the events during the action. But according to independent sources and video footages broadcast online violent attitude of some civilians towards journalists were seen. And this means that some unidentified persons representing still not known circles tried to blacken actions of law enforcement bodies. That`s why there is a need to identify these people whose faces are seen in video and photo records and take necessary steps by law enforcement bodies.

CASCFEN has noted in its statement also that some journalists in the scene were not wearing press identification jackets which was established by Azerbaijan Press Council and these media workers sometimes faced violent attitude by policemen while they tried to disperse the action. And several other journalists attended the action as protesters and faced punishment as other protesters.

The Network has called on media workers in its statement asking them to wear clear press sign jackets while covering mass actions, where there is high possibility of excessive police force use.

Number of View: 4674