Bakı, CASCFEN, 04.02.2013 – “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) son günlər ərzində Azərbaycanda ciddi müzakirələrə səbəb olan “Daş yuxular” romanının müəllifi Əkrəm Əylisliyə qarşı bəzən zorakılıq tərkibli çağırışlar səsləndirilməsini təqdir etmir.”
Bu fikirlər qurumun mediaya verdiyi açıqlamadandır. Təşkilatın sədri Azər Həsrət bildirib ki, şəxsən özü də həmin romanı oxuyub və başçılıq etdiyi qurum hətta zərərli olsa belə fərqli fikir ifadə edənlərə qarşı zor dilində danışmağı məqbul saymır. “Biz bədii əsər olmasına baxmayaraq kitabın Azərbaycanın haqlı davasına vura biləcək zərərin fərqindəyik. Lakin demokratik və hüquqi cəmiyyətdə yaşayan insanlar olaraq bəyənmədiyimiz və ya razılaşmadığımız fikirlərə qarşı qanun və nəzakət çərçivəsində davranmağa borcluyuq. Bir təşkilat olaraq mövqeyimiz birmənalıdır: bu əsər Azərbaycana qarşı qələmə alınıb”, – deyən Azər Həsrət bir sıra təşkilatların və fərdlərin yazıçını zorakı üsullarla cəzalandırmağa çağırmasını yolverilməz saydığını bildirib.
“CASCFEN söz və ifadə azadlığı mədəniyyətinin təbliğatçısı olaraq adı çəkilən roman və onun yazarı ilə bağlı ictimai qınağı etik çərçivədə, zorakılıq çağırışlarına yol vermədən ifadə etməyi məqbul sayır. Azərbaycan hüquqi dövlətdir və kimlərinsə bir yazıçıya qarşı zorakılıq çağırışları dövlətimizin nüfuzuna xələl gətirə bilər. Ona görə də romanın bizim üçün çox arzuolunmaz sonuclar doğura biləcəyinə belə dözümlə, təmkinlə və qanunlar çərçivəsində münasibət bildirilməsi düzgün olardı”, – deyə qurumun açıqlamasında bildirilir.
Baku, CASCFEN, Feb 04, 2013 – “Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) does not appreciate calls containing elements of violence against a writer Ekrem Eylisli, the author of “The Stone Dreams” which caused serious discussions in Azerbaijan during the last days.”
This is a passage from organization`s statement delivered to mass media. The head of the organization, Azer Hasret said that himself has read the book too and his organization regards unacceptable violent language towards even those who expresses harmful ideas. “We are aware of the damage which can be caused to Azerbaijan`s right struggle even if this is just a fiction. But being the people living in a democratic and legal society we are obliged to act against opposite and harmful ideas only in the frame of laws and polite context. Being a civil society organization our position is unambiguous: this book is written against Azerbaijan” – said Azer Hasret and added that his organization regards unacceptable the calls by some organizations and individuals to punish the writer with violent methods.
“CASCFEN, being a propagandist of freedom of expression culture, regards acceptable expression of public censure only in ethical frame and with no calls to violence. Azerbaijan is a legal state and the calls against the writer can damage the image of our country. That’s why it would be right to express opposite ideas and discontent towards this book only with patience, tolerance and legal methods” – is noted in the statement of the organization.
Number of View: 4655