Erkən nikah, uşaq evliliyi hallarının qarşısının alınmasında QHT-lərin rolu müzakirə edilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura bu mövzuda QHT-lər və dövlət orqanlarının iştirakı ilə İctimai dinləmə keçirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB ilə birlikdə 08 aprel 2024-cü il tarixdə “Erkən nikah, uşaq evliliyi hallarının qarşısının alınmasında QHT-lərin rolu: mövcud vəziyyət və yeni baxış” mövzusunda onlyan formatda İctimai dinləmə keçirib.

Dinləmə erkən nikah, uşaq evliliyi hallarına qarşı mübarizədə QHT-lərin fəaliyyəti ilə əlaqədar mövcud vəziyyətin və onların rolunun müzakirə edilməsi, QHT-lərin bu istiqamətdə fəaliyyətinin mövcud ehtiyaclar və yeni çağırışlara uyğun qurulması üçün yeni baxışın formalaşması ilə bağlı fikir və ideyalar mübadiləsi məqsədilə keçirilib.

İctimai dinləmədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin müdir müavini Kamila Əliyeva, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin rəisi Hikmət Quliyev, Binəqədi və Yasamal rayin icra hakmiyyətinin əməkdaşı, Daxili İşləq Nazirliyi, Miqrasiya Xidməti yanında İctimai Şura sədrləri, Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının rəhbəri və üzvləri, ixtisaslaşmış QHT-lər iştirak ediblər. Ümumilikdə, tədbirdə 34 nəfər iştirak edib.

İctimai Komitənin sədri Fariz Əkbərov İctimai dinləmənin mövzusu, məqsədi və gözləntilər haqqında məlumat verib. F.Əkbərov qeyd edib ki, bu tədbirdən əsas gözlənti uşaq nikahlarına qarşı daha səmərli mübarizə aparılması üçün QHT-lər və dövlət orqanlarının yeni yanaşmaları müzakirə etməsi və ortaq baxışın formalaşmasına yardım göstərməkdir. Həmçinin, QHT-lər öz fəaliyyətlərini, ülzəşdikləri çətinlikləri diqqətə çatdıracaqlar, Dövlət qurumları isə öz rəy və təkliflərini, yanaşmalarını açıqlayacaqlar.

İctimai Komitənin sədr müavini Nailə İsmayılova “Erkən nikah, uşaq evliliyi hallarının qarşısının alınmasında QHT-lərin rolu” mövzusunda çıxış edib. O, QHT-lərin bu istiqamətdə görüdüyü iş, həyata keçirilən layihələr, dövlət orqanları ilə əməkdaşlıq və gözləntiləri, yeni yanaşma ilə əlaqədar təklifləri diqqətə çatdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Kamila Əliyeva Komitə tərəfindən görülən işlər barədə geniş təqdimatla çıxış edib. QHT-lərin rolunun gücləndirilməsi, vətəndaş cəmiyyəti, xüsusən regionlarda işləyən QHT-lərlə əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar öz fikirlərini və təkliflərini açıqlayıb.

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin rəisi Hikmət Quliyev uşaq evliliyi hallarının qarşısının alınması ilə əlaqədar Nazirliyin həyata keçirdiyi işlər, aparılan maarifləndirmə tədbirləri, qanunverilciyin tətbiqi xüsusiyyətləri, mövcud çətinliklər, QHT-lərin rolu ilə bağlı fikirlərini bildirib. QHT-lərin bu sahədə fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar təkliflərini açıqlayıb.

Ədliyyə Nazirliyinin İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova Nazirliyin Qeydiyyat şöbələrinin bu istiqamətdə fəaliyyəti, həyata keçirilən maarifləndirmə işləri barədə məlumat verib. O, QHT-lərin rolunun gücləndirilməsinin vacibliyini qeyd edərək, öz təkliflərini irəli sürüb.

Binəqədi rayon icra hakmiyyətinin əməkdaşı Orxan Vəliyev QHT-lərlə əməkdaşlıq və uşaq nikahlarına qarşı mübarizədə QHT-lərin fəaliyyətinin gücləndirilməsi ilə bağlı fikirlərini və təkliflərini bildirib.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının rəhbəri Kəmalə Aşumova geniş çıxış edərək, QHT-lərin təkliflərini, üzləşdiklər çətinliklər haqqında danışıb.

“Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB rəhbəri Zaur İbrahimli QHT-lərin uşaq nikahlarına qarşı mübarizədə daha effektiv olmasıü çün yeni yanaşma və baxışın formalaşması, maarifləndirmə, təbliğat məsələlərində yeni üsullardan istifadə edilməsinin vacibliyi diqqətə çatdırıb.

İctimai dinləmədə səslənmiş təkliflər ümumiləşdiriləcək və İctimai Şura tərəfindən dövlət orqanlarına, QHT-lərə təqdim ediləcək.

Number of View: 88