Rəsm çəkməyi ilk dəfə anasından öyrənən Təhminə Əli hazırda oğluna rəssamlıq sənətinin sirlərini öyrədir
Düz deyirlər ki, hər bir müsabiqə həm də ona görə məhsuldar olur ki, o tədbirdən sonra yeni dostluqlar qurulsun, yeni istedadlar üzə çıxarılsın. “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin ötən il “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsi çərçivəsində reallaşdırdığı eyniadlı rəsm müsabiqəsi də bu baxımdan uğurlu oldu. Çünki Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən layihə çərçivəsində reallaşdırılan rəsm müsabiqəsi nəticəsində rəsm sahəsində gələcəkdə mühüm uğurlar qazanacağı şübhə doğurmayan məktəbli və gənclər üzə çıxarıldı. Həmin müsabiqə zamanı, eyni zamanda uşaq və gənclərə bu sənətin sirrini öyrədən bəzi istedadlı insanlarla daha yaxından tanış olmaq imkanı da əldə etdik. Onlardan biri də Azərbaycan Rəssamlar İttifaqının və Karikaturacılar Cəmiyyətinin üzvü Təhminə Əlidir.
Bir daha dəyərli oxucuların diqqətinə çatdıraq ki, müsabiqə zamanı çəkilən əsərlərin keyfiyyəti ilə yanaşı, iştirakçıların da öz yaşlarına görə fitri istedada malik olduqlarını gördük və qərara gəldik ki, ilk üç yeri tutanlar haqqında təkilatın saytında və mümkün olarsa digər media orqanlarından birində geniş yazılar, ümumilikdə bütün iştirakçılar barədə isə təşkilatın saytında tanıtım yazıları verək. Bu sırada iki ikinci yerdən birinin qalibi Məhəmməd Əli ilə söhbətimiz öz növbəsində yaradıcılığı ilə fərqlənən Təhminə Əli ilə də müsahibəyə körpü saldı. Çünki Təhminə xanım qəhrəmanımızın həm rəsm müəllimi, həm də anasıdır. Elə Məhəmmədlə müsahibəni də Təhminə xanımın rəssamlıq studiyasında aldıq.
Böyuk Turana doğru
Məlumat üçün bildirək ki, 2011-ci il martın 14-də Abşeron rayonu Xırdalan şəhərində anadan olan Məhəmməd Əli Rəşad oglu hazırda Xırdalan şəhəri 2 saylı tam orta məktəbin 7-ci sinif şagirdidir.
Söhbət zamanı Məhəmməd dedi ki, rəssamlığa meyil ona anasından keçib: “Uşaqlıqdan anamın rəsm çəkdiyini görüb, mən də başlamışam cızma-qaralar etməyə. Anam deyir ki, zaman keçdikcə artıq bu cızma-qaraların yerini konkret rəsm nümunələrinə verdiyini görüblər. Buna görə də anam mənə rəssamlıqla bağlı dərs keçməyə başlayıb”.
Məhəmməd bu günə qədər bir çox sərgilərin, müsabiqələrin iştirakçısı və qaliblərindən biri olub. Məsələn, 2019-cu ildə “Macarıstan-Azərbaycan dostluğu” adlı sərgidə 2-ci yeri tutub. Həmçinin, Xocalı, 20 Yanvar faciələrinə, o cümlədən Vətən savaşındakı qalibiyyətimizə həsr edilmiş sərgi və müsabiqələrdə də uğurlar qazanıb. CASCFEN-nin keçirdiyi müsabiqədə isə Məhəmməd “Turkun Gücü Birliyi” adlı əsəri ilə iştirak edərək, ikinci yeri tutub. Bu əsərin yaranması ideyasına toxunan gənc istedad dedi ki, bununla bir mesaj vermək istəyib: “Mən bu əsərdə əsrlər boyu turkləri məglub edib, onları yox etmək istəyən düşmənə qarşı birliyi ilə qalib gələn türk dünyasının qələbəsini, daim od-alov içindən qalib şəkildə çıxmış turk soylarını təqdim etmişəm. Əsərimdəki atlar üzərində oddan keçən türk soylarının təmsilçiləri Böyuk Turana doğru addımlayırlar”.
Rəssamlıqla yanaşı idman və musiqi ilə də maraqlanan Məhəmməd hər iki sahədə də müəyyən uğurlar qazanıb. Hazırda rayon musiqi məktəbinin xanəndəlik üzrə 2-ci sinif şagirdidir. Eyni zamanda musiqişünas, bəstəkar Məryəm Əlibəylinin rəhbərlik etdiyi “Dostlar”qrupunun uzvudur. Bir cox televiziya kanallarında musiqili çıxışları olub.
“Öz övladına müəllimlik edən valideynlər əksər hallarda çətinlik çəkirlər”
Beləliklə, gələcəkdə peşəkar idmançı kimi Azərbaycan medallar gətirmək istəyində olan Məhəmməd Əliyə uğurlaq arzulayaraq, həm anası, həm də rəssamlıq üzrə müəllimi olan Təhminə xanıma üz tururuq.
“Siz Məhəmmədin həm anası, həm də rəssamlıq üzrə müəllimisiniz. Bəs, müəllim, yoxsa valideyn olmaq daha çətindir” sualına cavabında T.Əli dedi ki, öz övladına müəllimlik edən valideynlər əksər hallarda çətinlik çəkirlər: “Yəni başqa uşağa öyrətdiklərinin heç olmasa üçdə ikisini öz uşaqlarına öyrədə bilmirlər. Ona görə də bəzən müəllim-valiyenlər öz uşaqlarını başqa müəllimin yanına qoyurlar. Məndə də az qala elə bir haldır”.
Bu yerdə xatırladaq ki, Təhminə Əli 1986-ci il oktyabrın 15-də Naxcıvan Muxtar Respublikası Ordubad rayonu Tivi kəndində dunyaya gəlib. 6 yaşı olanda valideynləri Bakıya köçüb. Orta və ali təhsilini Bakı şəhərində alıb.
“Özumu dərk edəndən rəsm çəkməyə başlamışam”
Yeri gəlmişkən, bu söhbətimizə “Rəssamlıqda “Ana yolu” başlığını qoymağımız heç də təsadüfi deyil. Belə ki, Təhminə xanım da oğlu kimi rəssamlığı anasından öyrənib. Rəssamlığa gəlişi ilə bağlı sualı cavablandıran müsahibimiz “Özumu dərk edəndən rəsm çəkməyə başlamışam. Bunun da əsas səbəbkarı anam olub. Anam mən uşaq olarkən rəsm çəkirdi. Hardasa 3-4 yaşımdan anama baxırdım və rəsm çəkməkdən xoşum gəlirdi. Eləcə də özüm rəsm çəkməyə başlayırdım. Məktəb vaxtlarımdan da rəsmlər çəkirdim. Məktəb illərində, həmçinin xanəndəlik məktəbində təhsil almış və gələcəkdə xanəndə olmaq istəmişəm. Lakin rəsm məni seçdi və məndə böyük məmnuniyyətlə rəssamlığı qəbul etdim”.
T.Əli 2005-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Təsviri incəsənət fakultəsinin qrafika şöbəsinə daxil olub: “Təhsil aldıgım illərdə bir cox sərgi və tədbir iştirakçısı olmuşam. 1-ci kursda Azərbaycan Rəssamlar İttifaqına və Karikaturacılar Cəmiyyətinə uzv olmuşam. Bir neçə ildir ki, həm də Suluboya Cəmiyyətinin üzvüyəm. Akademiyanin bitirəndən sonra ailə həyatı qurdum. Üç oglan ovladım var. Hazırda müəllimlik fəaliyyəti ilə məşgulam. Cox istedadlı tələbə və şagirdlərim var. Onların bir coxunun gələcəyin parlaq rəssamları olacağına ümid edirəm”.
Vətənpərvərlik ən çox sevdiyim mövzudur
T.Əli vurğuladı ki, hazırda müəllimlik etməklə yanaşı, rəssamlıqla bağlı yaradıcılığını da inkişaf etdirir: “Müxtəlif sərgilərdə iştirak edirəm. Bir dönəm fəaliyyətimə ara verdikdən sonra yenidən aktiv şəkildə sərgi və tədbirlərdə iştirak etməyə başladım. Yerli və beynəlxalq sərgilərdə iştirak etdim. Tbilisi şəhərində Gürcustan şəhidləri tədbirində ən çox şəhid portreti çəkən rəssam kimi iştirak etdim. “Xocalıya ədalət” rəsm sərgiləri çərçivəsində əsərim Tbilisi şəhərində və bir cox sərgilərdə sərgilənib. “Biləsuvar şəhidləri” adlı sərgidə yenə də ən çox şəhid portreti çəkən rəssam kimi iştirak etdim. Ümumiyyətlə vətənpərvərlik ən çox sevdiyim mövzudur”.
“2019-cu ildə çəkdiyim “Zəfər Bayramı” əsərim tarixə düşdü”
İndiyə kimi bir çox mükafatlar qazanan müsahibimizin 2022-ci ildə Turkiyənin Bursa və Kocaeli şəhərlərində “Şuşa ilinə” həsr olunmuş ilk fərdi sərgisi keçirilib: “Azərbaycandan və Türkiyədən bir çox rəsmi şəxslərin, o cümlədən ölkəmizin İstanbuldakı Baş konsulluğunun konsolu Zaur Allahverdizadənin, hər iki şəhərdə yerli rəhbərliyin və diaspora təmsilçilərinin iştirak etdiyi sərgi böyük maraqla qarşılandı. Onu da deyim ki, 2019-cu ildə arzu olaraq çəkdiyim və 2020-ci ildə rəşadətli ordumuzun sayəsində reallığı çevrilən “Zəfər Bayramı” əsərim tarixə duşdu. Muharibədə qalib oldugumuz gecə bütün sosial və ictimai səhifələr mənim bu əsərimi paylaşaraq qələbə sevincimizi daha da yüksəltdi”.
Number of View: 1246