Azərbaycan QHT-ləri Ermənistanın Azərbaycanın mülki və sənaye obyektlərinə qəsdən hücumlar etməsi ilə bağlı BMT-nin Baş katibinə və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinə müraciət ünvanlayıb. AZƏRTAC müraciəti təqdim edir.
Dərin narahatlıq və narazılıq hissi ilə, biz, Azərbaycan QHT-ləri, Ermənistanın Azərbaycana qarşı cari il sentyabrın 27-də başlatdığı hərbi təcavüzlə bağlı Sizə müraciət edirik. 6 oktyabr 2020-ci il tarixinə olan məlumata görə, Ermənistanın hücumları nəticəsində 27 azərbaycanlı mülki şəxs həlak olub, 141 nəfər yaralanıb, 500-dən çox yaşayış binası və mülki obyekt isə dağıdılıb.
Biz, təəssüflə Ermənistanın 1949-cu il Cenevrə Konvensiyası da daxil olmaqla beynəlxalq humanitar hüquq norma və prinsiplərini kobud şəkildə pozaraq Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Xızı, Abşeron və azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı digər şəhər və kəndlərimizə hücumlar edərək münaqişənin miqyasını və coğrafiyasını açıq şəkildə genişləndirmək cəhdlərinə diqqətinizi çəkmək istərdik.
Oktyabrın 4-də Ermənistanın hərbi qüvvələri, müvafiq beynəlxalq konvensiyaların qadağan etdiyi kasetli bombalardan istifadə edərək, münaqişə bölgəsindən 60 kilometr məsafədə yerləşən, 500 min nəfərdən çox əhalisi olan Azərbaycanın ikinci böyük şəhəri, Gəncəni bombaladı.
Elə həmin gün təcavüzkar Ermənistan həm də Azərbaycanın əsas sənaye mərkəzlərindən biri olan Mingəçevir şəhərinə qarşı raket hücumuna başladı. Cənubi Qafqaz regionunun ən böyük hidroelektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasının (SES) Ermənistan tərəfindən hədəfə alınması SES-in məhv edilməsinə gətirib çıxararaq Azərbaycanın və qonşu ölkələrin əhaliləri üçün humanitar fəlakətə səbəb ola bilərdi ki, bu da insanlığa qarşı açıq bir cinayətdir.
Yuxarıda göstərilən faktları nəzərə alaraq, biz, Azərbaycan QHT-ləri adından Sizə müraciət edərək Birləşmiş Millətlər Təşkilatını Ermənistandan Azərbaycan xalqına qarşı təxribat xarakterli hərbi əməliyyatlar və hərbi cinayətlərin törədilməsini, Ermənistanın sənaye obyektlərimizə hücumlarını dayandırmağı tələb etmək və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə uyğun olaraq Ermənistanı hərbi qüvvələrini Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarmağa məcbur etmək məqsədilə praktik və nəticəyönümlü addımlar atmağa çağırırıq.
Ermənistanın Azərbaycana qarşı son hərbi cinayətlərinə dair məlumatları əks etdirən infoqrafika müraciətə əlavə edilir.
Müraciət Azərbaycanın 45 QHT-si tərəfindən imzalanıb:
- Rauf Zeyni Milli Qeyri-Hökumət Təşkilatları Forumu
- Sabit Bağırov Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu
- Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondu
- Əliməmməd Nuriyev Konstitusiya Araşdırmalar Fondu
- Sahib Məmmədov Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
- Novela Cəfərova D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti
- Səadət Bənənyarlı “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” ictimai birliyi
- Səltənət Qocamanlı İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi
- Qorxmaz İbrahimli Biosfer İctimai Birliyi
- Əvəz Həsənov Humanitar Tədqiqatlar İctimai Birliyi
- Əziz Ələkbərov Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi
- İsrayıl İsgəndərov “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi
- Vüqar Bayramov İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi
- Çingiz Qənizadə Demokratiya və İnsan Hüquqları Komitəsi
- Məhərrəm Zülfüqarlı İctimai Problemlərin Tədqiqi Assosiasiyası
- Kamil Səlimov “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi” ictimai birliyi
- Fuad Məmmədov “Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası”
- Eyyub Hüseynov “Azad İstehlakçılar” İctimai Birliyi
- Tənzilə Rüstəmxanlı Azəri Türk Qadınlar Birliyi
- Mirvari Qəhrəmanova Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi
- Şəmistan Əlizamanlı “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyi
- Akif Nağı Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi
- Osman Gündüz Multimedia Sistemləri İctimai Birliyi
- Mayis Əliyev Sosial Hüquqların Araşdırılması
- İradə Rizazadə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyi
- Bahar Qasımova “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyi
- Məlahət İbrahimqızı “Lider Qadınlar” İctimai Birliyi
- Fizüli Rzaquliyev Vətən Müharibəsi Veteranları İctimai Birliyi
- Mehdi Mehdiyev Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi
- Mehriban Zeynalova Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi
- Əhməd Abbasbəyli “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi
- Nəsiman Yaqublu Tarix və Mətbuat Araşdırmalarına Dəstək
- Şahin Rəcəbov “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyi
- Aydın Əbilov “Yeni Yazarlar və Sənətçilər” İctimai Birliyi
- Fikrət Yusifov Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi
- Elçin Hüseynov “Azərbaycan Yazarlar Klubu” İctimai Birliyi
- Aydın Kərimov Müstəqil Hüquq Mərkəzi
- Əhməd Qəşəmoğlu Tərəqqi və Demokratiya İctimai Birliyi
- Hafiz Həsənov Hüquq və İnkişaf İctimai Birliyi
- Mirəli Hüseynov Demokratiyanı Öyrənmə İctimai Birliyi
- Şəmsəddin Əliyev Polisə Dəstək İctimai Birliyi
- Asif Əsgərli Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı
- Emin Həsənli Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi
- İlqar Orucov Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi
- Ramil İsgəndərli “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi
Number of View: 749