Vaşinqton şəhərində – Ağ evin qarşısında keçirilən etiraz tədbirində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini – Tərtər, Goranboy, Bərdə, Yevlax, Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, Gəncə və Mingəçevir şəhərlərini, digər əraziləri artilleriya və raket atəşinə tutması nəticəsində dinc əhali arasında tələfatın baş verməsi, mülki şəxslərin və günahsız körpələrin həlak olması, yaşayış evləri və mülki obyektlərin dağıdılması sərt şəkildə pislənib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, soydaşlarımız hərbi əməliyyatlar bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrini atəşə tutan Ermənistanın faşist siyasətini və təcavüzkar mahiyyətini pisləyib, beynəlxalq ictimaiyyətin diqqətini bu vandalizm aktlarına yönəldiblər. Etiraz tədbirində Azərbaycan Nyu-York Assosiasiyası, Amerika Azərbaycan Qadınlar Assosiasiyası və digər diaspora təşkilatlarını təmsil edən yüzlərlə soydaşımız iştirak edib. Etiraz tədbirinə ABŞ-dakı türk icmasından da dəstək gəlib.
Number of View: 393