Finlandiya Azərbaycanlılarının koordinatoru və Finlandiyada yaşayan azərbaycanlıların təşəbbüsü ilə paytaxt Helsinki şəhərində bu ölkə parlamentinin qarşisında, “Ermənistan dövlətinin mülki Azərbaycan əhalisinə təcavüzünə dur deyək” adlı dinc aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Finlandiyanın Baş Naziri Sanna Marinə, rəhbər Sosial-Demokratik partiyanın parlament qrupunun rəhbərinə və üzvilərinə, Avropa məsələləri və Əmlakın İdarəetmə naziri Tytti Tuppurainenə, Finlandiya parlamentinin İsveç, Yaşıllar partiyalarının rəhbərləri və üzvilərinə, habelə ölkənin Xarici İşlər naziri Pekka Haavistoya müraciət-məktub oxunub.
Məktubda, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərini və digər yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən mütəmadi olaraq atəşə tutması nəticəsində dinc əhali arasında baş vermiş ölüm, yaralanma halları və mülki obyektlərin dağıntılara məruz qalmasına dair kəskin etiraz bildirilib.
Aksiyada Finlandiya Azərbaycanlıları Cəmiyyətinin hüquqşünası Gülzar İsmayıl Finlandıya mətbuatında Dağlıq Qarabağ münaqişəsinin birtərəfli işıqlandırıldığını qeyd edərək, yerli jurnalistlərdə problemin tarixi haqqında kifayət qədər məlumatın olmadığını vurğulayıb.
Daha sonra Finlandiya Azərbaycanlılarının koordinatoru Ülviyyə Cabbarova və Finlandiya Azərbaycanlılarının diaspor fəalı Leylı Hüseynova çıxış edərək, 1993-cü ildə Ermənistanın Dağlıq Qarabağ və ona sərhəd olan 7 rayonu ışğal etdiyini və BMT və digər beynəlxalq təşkilatların işğal edilmiş ərazilərin dərhal azad edilməsı haqqında qəbul etdikləri beynəlxalq qətnamə və sənədlərə baxmayaraq Ermənistanın ışğalçılıq siyasətini davam etdirdiyini diqqətə çatdırıblar.
Cari il sentyabr 27-dən etibarən Ermənistan ordusunun atəşkəs rejımini kobud şəkıldə növbətı dəfə pozduğunu və Azərbaycan Ordusunun düşmənə layiqlı cavab verdiyini qeyd edən çıxışçılar deyib: “Yaranmış vəziyyətdə Azərbaycan Ordusu öz torpaqlarında Ermənistanın işğalçı ordusu ilə müharibə etmək məcburiyyətində qalıb. Bundan sonra oktyabrın 10-da saat 12.00-dən etıbarən elan edılən humanitar atəşkəs rejimini Ermənistan tərəfi kobud şəkildə pozaraq oktyabrın 11-də gecə saat 02.00 radələrində Azərbaycanın Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 10 mülki şəxs ölüb, 30-dan çox insan yaralanıb”. Qeyd olunub ki, bu addımlarla Ermənistan 1949-cu il Cenevrə konvensiyalarının, 1954-cü il Haaqa Konvensiyasının şərtlərını və beynəlxalq hüququn qəbul edılmiş ümumı normalarını kobud şəkıldə pozub.
Natiqlər Finlandiyada yaşayan azərbaycanlılar adından Finlandiya parlamentinə, ATƏT-in Finlandiya üzrə təmsılçisinə, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara səslənərək, Ermənistan dövlətinin Azərbaycanın mülki əhalisinə qarşı törətdiyi bu təcavüzü dayandırması, Ermənistanin işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməsinə daha tutarlı addımlar atmağa çağırıblar.
Qeyd edək ki, tədbirdə ingilis, fin və Azərbaycan dilində “Qarabağ Azərbaycandır”, “Yaşasın Azərbaycan”, “Erməni işğalçıları Qarabağı tərk edin” və s. şüarlar səsləndirilib.
Number of View: 413