CASCFEN QHT Şurasının dəstəyilə yeni layihənin icrasına başlayır

CASCFEN “Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi” layihəsinin icrasına başlayır

CASCFEN, Bakı. 14 may 2019 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə yardım göstərilməsi” layihəsinin icrasına başlayır. 2019-cu ilin may-avqust aylarını əhatə edəcək layihənin məqsədi orta təhsil müəssisələrində informasiya açıqlığının gücləndirilməsinə, orta məktəb müəllimlərinin KİV haqqında qanunvericiliklə daha yaxından tanış olmasına, KİV-lə iş barədə bilik və bacarıqlarının artırılmasına, KİV-lə əməkdaşlıq mühitinin yaradılmasına yardım göstərməkdən ibarətdir.

Layihə çərçivəsində Şəki və Yevlax rayonlarında, o cümlədən Bakı şəhərinin Suraxanı və Sabunçu rayonlarında seminarların keçiriləməsi nəzərdə tutulub. Beləliklə, məktəblərin rəhbər heyətlərinin, həmçinin müəllimlərin və KİV təmçilçilərindən ibarət ekspertlərin iştirak edəcəyi ilk tədbir 2019-cu il may ayının 18-də saat 11:00-da Şəki şəhəri 5 nömrəli tam orta məktəbdə keçiriləcək.

Number of View: 2259