Almaniyanın “Nex24.news” portalında Ermənistan tərəfindən PKK döyüşçülərinin Azərbaycana qarşı vuruşması ilə bağlı məqalə dərc edilib.
Məqalədə bildirilir ki, beynəlxalq hüquqa əsasən Dağlıq Qarabağın Azərbaycana məxsus olmasına baxmayaraq, alman mediasının böyük hissəsi erməni propoqandasının təsiri altındadır və qərəzli məlumatlar verir. Eyni zamanda, vurğulanır ki, “Spiegel” jurnalının Türkiyə tərəfindən muzdlulara pul ödənilməsi və müharibə zonasına göndərilməsi ilə bağlı dərc etdiyi qərəzli məqalə ilə əlaqədar Almaniyada fəaliyyət göstərən “IKRAZ” (Din və Mədəniyyət üzrə Beynəlxalq Akademik Mərkəz) təşkilatı sözügedən nəşrin redaksiyasına açıq məktub ünvanlayaraq sübutun təqdim olunmasını tələb edib. Lakin “Spiegel” jurnalının iddiası ilə bağlı indiyədək heç bir sübut təqdim edilməyib.
Number of View: 827