Azərbaycan ziyalıları və vətəndaş cəmiyyətinin üzvləri beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıblar

Azərbaycan ziyalıları və vətəndaş cəmiyyətinin üzvləri Birləşmiş Millətlər Təşkilatına, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvlərinə, Qoşulmama Hərəkatına, Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO), NATO Parlament Assambleyasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa İttifaqına, Avropa Şurasına, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT Parlament Assambleyasına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Müstəqil Dövlətlər Birliyinə, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumuna (UNESCO) və Uşaq Fonduna (UNICEF) müraciət ünvanlayıblar. AZƏRTAC müraciəti təqdim edir.

XXI əsrin başlanğıcında yüksək sürətlə inkişaf edən mədəniyyət, elm, texnologiyanın son nailiyyətlərinin bəşəriyyətin sülh və əmin-amanlığına xidmət etməsi fonunda, Ermənistan hələ də orta əsrlər zehniyyətində hakim olan torpaq işğalı və ərazi iddialarını gündəmə gətirərək günümüzün reallıqlarını dərk etmir.

Bonn Beynəlxalq Konversiya Mərkəzinin (Bonn International Center for Conversion) 2020-ci il fevral ayında açıqladığı dünya dövlətlərinin silahlanma indeksinə görə, Ermənistan əhalisinin hər min nəfərinə düşən hərbçi sayı, ümum daxili məhsulda (ÜDM) silahlanmaya ayrılan xərclər, hərbi xərclər, səhiyyə xərcləri, ordunun say tərkibi və ağır silahların sayı baxımından dünyada üçüncü, Avropada isə birinci yerdədir. Hesabatda Ermənistanın silahlanma yarışında ilk yerlərdə olması səbəbinin Dağlıq Qarabağ münaqişəsi və son 30 ildə militarist siyasət həyata keçirməsi olduğu qeyd edilir.

Beynəlxalq sülhün və təhlükəsizliyin əsas təminatçısı olan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasının vacibliyi açıq şəkildə tələb edilir. Bu qətnamələrdə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar addımlar qınanır, münaqişə tərəfi olmayan mülki şəxslər qorunur və ərazi əldə etmək üçün güc tətbiqinin yolverilməz olduğu vurğulanır. Eyni zamanda, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı qeyd olunur.

2020-ci il sentyabrın 27-də səhər saat 06-dan etibarən Ermənistanın hərbi qüvvələri 1994-cü ildən qüvvədə olan atəşkəs razılaşmasını kobud şəkildə pozaraq genişmiqyaslı hərbi əməliyyatlara başlamış, bütün təmas xətti boyunca Azərbaycanın mülki obyektlərini böyük çaplı silahlardan, minomyotlardan, artilleriya qurğularından və ballistik raketlərdən atəşə tutmuşdur.

27 sentyabr – 11 oktyabr arasında Ermənistanın silahlı qüvvələri döyüş bölgələrindən kənarda yerləşən Gəncə və Mingəçevir şəhərlərini, Abşeron, Xızı, Bərdə, Beyləqan, Ağcabədi, Zərdab, Goranboy, Göygöl, Tərtər, Yevlax yaşayış məntəqələrini atəşə tutaraq 13-ü qadın, 3-ü uşaq olmaqla, 41 mülki şəxsi qətlə yetirmiş, 206 mülki şəxsi yaralamışlar. Yaralananlar içərisində 44 qadın və 22 uşağın (onlardan 6 körpə) olması diqqət çəkir.

Bu hücumlar nəticəsində 1185 şəxsi evə, 148 sosial infrastruktur obyektinə və 57 yaşayış binasına əsaslı zərər dəymişdir. Bundan əlavə, işğalçı Ermənistanın hərbi qüvvələri bölgə üçün böyük irriqasiya əhəmiyyəti daşıyan Mingəçevir Su Elektrik Stansiyasını, Avropanın enerji təhlükəsizliyinin əsasını təşkil edən və regionun iri strateji obyektləri sayılan Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Ceyhan neft boru xətlərini hədəf kimi seçərək bombalamışlar.

Eyni zamanda, Ermənistan hərbi-siyasi hakimiyyəti tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə digər ölkələrdən muzdlu terrorçular gətirilərək, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunu pozulmuş və Ermənistan hərbi qüvvələri tərəfindən azərbaycanlı əhaliyə qarşı istifadə olunmuşdur.

Ermənistan 2020-ci il sentyabrın 27-də atəşkəs rejimini pozaraq hərbi əməliyyatlara başladıqdan sonra şəhərlərə və digər yaşayış məntəqələrinə qarşı qadağan olunmuş “9N235”, həmçinin “M85” bombacıqlarından istifadə etmişdir.

Qeyd olunan bombacıqlar “Kaset Sursatlar haqqında” Konvensiyaya (CCM) uyğun olaraq 2008-ci ildə qadağan olunmuş sursatlar sinfinə daxil edilib.

Humanitar məqsədlərlə Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da atəşkəs razılığı əldə edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri 11 oktyabr gecə saat 2-də öz ölkəsinin ərazisindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni “Elbrus” ballistik raketlərlə (SCUD) bombalamışdır. Nəticədə 4-ü qadın olmaqla 9 nəfər həlak olmuş, 17-si qadın və 6-sı azyaşlı olmaqla 35 nəfər yaralanmış, həmçinin 3 bina tamamilə məhv edilərək, 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəymişdir.

BMT üzvü olan və 1944-cü ildə “Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyası”nı imzalamış bir sıra Avropa ölkələri konvensiyanın şərtlərini kobudcasına pozaraq, Ermənistana mülki təyyarələrlə silah daşımağa başlamışlar.

Ermənistanın atəşkəs rejiminə əməl etməməsi bölgə və beynəlxalq aləmdə sülhü və təhlükəsizliyi ciddi şəkildə təhdid edir. Ermənistan əsgərlərinin cəsədlərini yığan, üzərində ağ bayraq qaldırıldığı bariz şəkildə görünən Azərbaycanın tibbi maşınlarını atəşə tutur.

1949-cu ildə qəbul edilən Cenevrə Konvensiyasının müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı 18-ci maddəsində qeyd olunur ki, heç bir halda münaqişə tərəfləri mülki insanların toplandığı yerə mərmi atmamalı, artilleriya atəşinə tutmamalıdır. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi heç bir beynəlxalq norma və prinsipə əməl etməyərək, Cenevrə Konvensiyası ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozaraq, dinc əhalini, çoxsaylı evləri, mülki obyektləri, təsərrüfat təyinatlı məntəqələri hədəfə almaqda davam edir və mülki vətəndaşlara qarşı cinayətlər törədir. Əhalinin kompakt olduğu məntəqələr, rayon və kənd mərkəzləri, mülki infrastruktur obyektləri, xəstəxanaları, tibb məntəqələri, məktəb binaları və uşaq bağçaları hədəf kimi seçilir.

Yuxarıda qeyd edilənləri diqqətə alaraq, 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrin icra olunmasını, Ermənistan silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz olaraq Azərbaycanın ərazisini tərk etməsini, 1 milyon məcburi köçkünün yaşayış yerlərinə qayıtması üçün şərait yaradılmasını tələb edirik.

Ermənistanın bölgə və beynəlxalq təhlükəsizlik mühitini təhdid edən təcavüzkar siyasəti dərhal dayandırılmalı, Azərbaycanın işğal olunmuş ərazilərindən ən qısa zamanda çıxması üçün Ermənistana təzyiq edilməli, hərbi cinayətlərinin qarşısı alınmalıdır.

  1. Əli Əhmədov Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi
  2. Fəzail Ağamalı “Ana Vətən” Partiyasının sədri, Milli Məclisin deputatı
  3. Sabir Rüstəmxanlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı
  4. Elşən Musayev Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı
  5. Tahir Kərimli Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı
  6. Fazil Mustafa Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı
  7. Asim Mollazadə Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı
  8. Qüdrət Həsənquliyev Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı
  9. Sabir Hacıyev Vətəndaş Birliyi Partiyasının sədri, Milli Məclisin deputatı
  10. Razi Nurullayev Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı
  11. İlqar Məmmədov Real Partiyasının sədri
  12. Arzuxan Əlizadə Azərbaycan Milli İstiqlal Partiyasının sədri
  13. Rafiq Turabxan Azərbaycan Xalq Demokratik Partiyasının sədri
  14. Osman Əfəndiyev Milli Demokrat İdrak Partiyasının sədri
  15. Xudadat Xudiyev “Birlik” Partiyasının sədri
  16. Hacıbaba Əzimov Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri
  17. Əlisahib Hüseynov Milli Həmrəylik Partiyasının sədri
  18. Mais Səfərli Azərbaycan Yurddaş Partiyasının sədri
  19. İqbal Ağa-zadə Azərbaycan Ümid Partiyasının sədri
  20. Firudin Kərimov “Qorqud” Partiyasının sədri
  21. Samir Cəfərov Azərbaycan Milli Hərəkat Partiyasının sədri
  22. Hacı Hacıyev/Rauf Qurbanov Azərbaycan Kommunist Partiyası
  23. Abutalıb Səmədov Azərbaycan Naminə Alyans Partiyasının sədri
  24. Əsli Kazımova Azərbaycan Sosial Rifah Partiyasının sədri
  25. Əvəz Temirxan Azərbaycan Liberal Partiyasının sədri
  26. Araz Əlizadə Azərbaycan Sosial Demokrat Partiyasının sədri
  27. İxtiyar Şirinov Milli Konqres Partiyasının sədri
  28. Sübut Əsədov Azərbaycan Respublikaçılar Partiyasının sədri
  29. Pənah Hüseyn Azərbaycan Xalq Partiyasının sədri
  30. Fuad Əliyev Azərbaycan Liberal Demokrat Partiyasının sədri
  31. Sərdar Cəlaloğlu Azərbaycan Demokrat Partiyasının sədri
  32. Ağadur Müslümov “Azərbaycan Mübarizləri” Partiyasının sədri
  33. İlyas İsmayılov “Ədalət” Partiyasının sədri
  34. Yunus Oğuz “Milli Vəhdət” Partiyasının sədri
  35. Hafiz Hacıyev Müasir Müsavat Partiyasının sədri
  36. Kamil Seyidov Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri
  37. Əhməd Oruc Azadlıq Partiyasının sədri
  38. Elşad Musayev Böyük Azərbaycan Partiyasının sədri
  39. Teyyub Qəniboğlu Azərbaycan Təkamül Partiyasının sədri
  40. Mirmahmud Fəttayev Klassik Xalq Cəbhəsi Partiyasının sədri
  41. Əli Əliyev Vətəndaş və İnkişaf Partiyasının sədri
  42. Tufan Kərimov Azərbaycan Milli Demokrat Partiyasının sədri
  43. Qulamhüseyn Əlibəyli Aydınlar Partiyasının sədri
  44. Fərəc Quliyev Milli Dirçəliş Hərəkatı Partiyasının sədri
  45. Tural Abbaslı Ağ Partiyasının sədri
  46. Musa Ağayev Yeni Zaman Partiyasının sədri
  47. Sülhəddin Əkbər Azad Demokratlar Partiyasının sədri
  48. Bədrəddin Quliyev Cümhuriyyət Xalq Partiyasının sədri
  49. Əflan İbrahimov Müstəqil Xalq Partiyasının sədri
  50. Ağasif Şakiroğlu Gələcək Azərbaycan Partiyasının sədri
  51. Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman)
  52. Eldar Quliyev Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı
  53. Səttar Möhbalıyev Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası nın sədri, Milli Məclisin deputatı
  54. Məmməd Musayev Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti
  55. Anar Rzayev Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
  56. Şəfiqə Məmmədova Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti
  57. Firəngiz Əlizadə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti
  58. Fərhad Xəlilov Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı
  59. Azərpaşa Nemətov Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq artisti
  60. Elbay Qasımzadə Azərbaycan Memarlar İttifaqının sədri, Əməkdar memar
  61. Elçin Şıxlı Azərbaycan Jurnalistlər Birliyinin sədri
  62. Ömər Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Azərbaycan Respublikasının Xalq rəssamı
  63. Fərhad Bədəlbəyli Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti
  64. Siyavuş Kərimi Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti
  65. Rauf Zeyni Milli QHT Forumunun prezidenti
  66. Rufiz Qonaqov “Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi” İctimai Birliyinin sədri
  67. Əhmədov Elman Abbas oğlu “Azəri tat mədəniyyət mərkəzi” İctimai Birliyinin sədri
  68. Rzayev İmran Sədulla oğlu “Samur Ləzgi Milli Mədəni Mərkəzi” İctimai Birliyinin sədri
  69. Şaulov İqor Aleksandroviç “Dağ Yəhudilərinin İrsi Mərkəzi” İctimai Birliyinin sədri
  70. Məlikova İradə Şirzad qızı (təsisçi və baş redaktor) “Dodo” qəzetinin baş redaktoru
  71. Qorxmaz İbrahimli “Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri
  72. Novella Cəfəroğlu “D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyinin sədri
  73. Səltənət Qocamanlı “İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri
  74. Səadət Bənənyarlı “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi” İctimai Birliyinin sədri
  75. Mustafa Babanlı “Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası” İctimai Birliyinin sədri
  76. Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondu
  77. Nüşabə Məmmədova “Beynəlxalq Dialoq və İnkişaf Alyansı” İctimai Birliyinin sədri
  78. Cəsarət Hüseynzadə “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri
  79. Şəmistan Əlizamanlı “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri
  80. Sevda Tahirli “Mirzə Ələkbər Sabir” Fondunun prezidenti
  81. Tənzilə Rüstəmxanlı Azəri-türk qadınları birliyinin sədri
  82. Şamil Ələkbərli “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri
  83. Şəlalə Həsənova “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin sədri
  84. Yadigar Məmmədli “Azərbaycan Demokratik Jurnalistlər Liqası” İctimai Birliyinin sədri
  85. Tahir Xudiyev “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri
  86. Zaur Qəriboğlu “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” İctimai Birliyinin sədri
  87. Hüseynov Etibar Şakir oğlu “Azərbaycan-Britaniya Məzunları” İctimai Birliyinin sədri
  88. Fikrət Yusifov “Ekonomiks” beynəlxalq iqtisadi araşdırmalar İctimai Birliyinin sədri
  89. Rəfail Becanov İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri
  90. Mehriban Abdullayeva Demokratik Cəmiyyət və Qadın hüquqlarının müdafiəsi İctimai Birliyinin sədri
  91. Mehriban Zeynalova “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri
  92. Sahib Məmmədov Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası
  93. Mais Əliyev “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri
  94. Əliməmməd Nuriyev “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
  95. Vüsal Quliyev “Gənclər üçün Təhsil Mərkəzi” İctimai Birliyinin sədri
  96. Gündüz Osman “Multimedia” informasiya sistemləri və texnologiyaları mərkəzi İctimai Birliyinin sədri
  97. Mirəli Hüseynov “Demokratiyanı öyrənmə” İctimai Birliyinin sədri
  98. Sabit Bağırov Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti
  99. İradə Rizazadə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri
  100. Həsənli Emin Əliyar oğlu Tərxis Olunmuş Hərbçilərin “Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri
  101. Ziba Nəbiyeva “İnkişafa Doğru Qadın Təşəbbüsü” İctimai Birliyinin sədri
  102. Tünzalə Cavadova “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyinin sədri
  103. Füzuli Rzaquliyev “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri
  104. Samirə Mustafayeva “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri
  105. Mehdi Mehdiyev Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri
  106. Rövşən Quliyev “Qarabağ-Əlil Döyüşçülər” Futbol Federasiyası İctimai Birliyinin sədri
  107. Akif Nağı “Qarabağ Azadlıq Təşkilatı” İctimai Birliyinin sədri
  108. Əliyev Asəf Kərim oğlu “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri
  109. Hacibala Əzimov “Veteran tankçılar” İctimai Birliyinin sədri
  110. Elmira Məhəddinli “Beynəlxalq Humanistika İnstitutu” İctimai Birliyinin sədri
  111. Fuad Rzayev “Bakı Müharibə Əlil və Veteranları” İctimai Birliyinin sədri
  112. Kənan Yusif-Zadə “Hərbi Cərrahlar” İctimai Birliyinin sədri
  113. Tamxil Hacıyev “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər” İctimai Birliyinin sədri
  114. İmamverdi Həmidov talış icmasının ağsaqqalı
  115. Əhməd Həpiyev kürd icmasının ağsaqqalı
  116. Mixail Zabelin Azərbaycanda Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı
  117. Aleksandr Zareçnı T.Şevçenko adına Azərbaycanda Ukrayna İcmasının rəhbəri
  118. Aleksandr Şarovski Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri
  119. Milix Yevdayev Bakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri
  120. Robert Mobili Azərbaycan Respublikasının Alban-Udi Xristian Dini İcmasının rəhbəri
  121. Oleq Danakari Udi Mədəniyyət Mərkəzinin rəhbəri
  122. İsmayıl Rəhimov Azərbaycanda Yaşayan Axısqa Türkləri “Vətən” İctimai Birliyinin rəhbəri
  123. Rafiq Abdullayev “Buduq” Xeyriyyə Cəmiyyətinin rəhbəri
  124. Gülcan Miəsautova “Tuqan tel” Tatar Mədəniyyəti Cəmiyyətinin rəhbəri
  125. Səidə Mehdiyeva Azərbaycanda yaşayan yunanların “Arqo” Cəmiyyətinin rəhbəri
  126. Rafael Qvaladze Azərbaycanda yaşayan Gürcü İcmasının rəhbəri
  127. Mariya Hüseynova-Atanasova Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin rəhbəri, “Akkord” jurnalının baş redaktoru
  128. Sevinc Bulacova İngiloy İcmasının rəhbəri
  129. Sədaqət Kərimova şair, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (ləzgi)
  130. Maqsud Hacıyev professor, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Beynəlxalq Şərqşünaslar Assosiasiyasının həqiqi üzvü (tat)
  131. Şair Ramaldanov Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki (ləzgi)
  132. Ramazan Xutrayev şair (avar)
  133. Fərrux Poladov fərdi təqaüdçü (avar)
  134. Şahuddin Malaxov Azərbaycan Silahlı Qüvvələrinin istefada olan polkovniki (avar)
  135. Pyotr Qurtovenko istefada olan birinci dərəcəli kapitan (ukraynalı)
  136. Lesya Kərimova Bakı Slavyan Universitetinin Ukrayna mədəni-maarif mərkəzinin rəhbəri (ukraynalı)
  137. Eldar Abdullayev Qarabağ müharibəsi veteranı, istefada olan polis mayoru (buduq)
  138. Rais Şabakayev Qarabağ müharibəsi veteranı, istefada olan polkovnik-leytenant (tatar)
  139. Moisey Bekker AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun elmi işçisi (yəhudi)
  140. Anastasiya Lavrina politoloq, CBC telekanalının aparıcısı (rus)
Number of View: 671