CASCFEN-dən növbəti ifadə azadlığı mədəniyyəti seminarı – VideoOne more freedom of expression seminar from CASCFEN – Video

Seminardan görüntülər
Seminardan görüntülər
Bakı, CASCFEN, 05.08.2016 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) müəllimlər, jurnalistlər və ictimai fəallar üçün növbəti seminarını keçirib. Tədbir “Müxtəlif kateqoriyadan olan qruplar üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarları” layihəsi çərçivəsində baş tutub.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla baş tutan seminar Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) gerçəkləşdirilib.

Açılış çıxışında CASCFEN sədri Azər Həsrət verdiyi dəstəyə görə Azərbaycan dövlətinə, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına və BAMF-a, onun rəhbəri Umud Rəhimoğluna təşəkkür edib.

Layihənin eksperti, Space TV-nin redaktoru, Dr. Nüşabə Hüseynli iştirakçılara onlayn müstəvidə davranış qaydaları haqqında danışıb. O, özəlliklə bu müstəvidə etik normalara və ümumi qəbul edilmiş qaydalara əməl edilməsinin vacibliyini vurğulayıb. Ayrı-ayrı örnəklərlə çıxışını zənginləşdirən ekspertə müxtəlif suallar ünvanlanıb. O, suallara cavab verməklə bərabər iştirakçıların təkliflərini də dinləyib.

Bundan sonra digər ekspert Sevda Əsgər çıxış edib. Onlayn etika haqqında danışan çıxışçı iştirakçılara netiketin 10 qızıl qaydasını tək-tək izah edib. O da müxtəlif suallara cavab verib, iştirakçıların təkliflərini dinləyib.

Sonda tədbirə yekun vuran CASCFEN sədri Azər Həsrət ifadə azadlığından sui-istifadə hallarından danışıb və iştirakçılara bu sahədə məsuliyyətlə bağlı bilgi verib.

Bunun ardınca başa çatan tədbirdə iştirakçılara sertifikatlar təqdim edilib.

CASCFEN Mətbuat Xidməti

Views from seminar
Views from seminar
Baku, CASCFEN, 05.08.2016 – Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) has conducted one more seminar for teachers, journalists and NGO activists. Seminar has been conducted on the framework of the project on “Online freedom of expression culture for the groups of different categories”.

The seminar which was possible due to financial support of NGO Council has been conducted in the International Eurasia Press Fund`s premises.

Azer Hasret, a Chairman of CASCFEN opening the event has thanked Azerbaijan Government, NGO Council and International Eurasia Press Fund and its Chairman Umud Rahimoglu for their generous support.

An expert of the project, Space TV editor, Dr. Nushabe Huseynli delivered a speech on the conduct on online realm. She especially stressed out importance of following the rules and common norms on this segment. Different questions were addressed to the expert who enriched her speech with certain samples. She answered the questions and listened to proposals from participants.

Afterwards one more expert of the project Sevda Asker delivered a speech. Speaking on online etiquette, she explained 10 golden rules of netiquette one by one. She answered different questions as well and heard proposals of participants.

Azer Hasret, CASCFEN chairman concluding the seminar talked on misuse of freedom of expression and shared a knowledge on responsibility while violating the rules in this realm.

At the end of the seminar certificates were submitted to participants.

CASCFEN Press Service

Number of View: 16727