Bakı, CASCFEN, 30.06.2016 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) “Müxtəlif kateqoriyadan olan qruplar üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarları” layihəsi çərçivəsində növbəti tədbirini Bakının Şüvəlan qəsəbəsindəki 230 saylı məktəbdə keçirib. “Müəllimlər və yuxarı sinif şagirdləri üçün onlayn ifadə azadlığı mədəniyyəti” mövzusunda seminara 29 nəfər müəllim və şagird qatılıb.
Qurumdan verilən xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla baş tutan seminarda şəbəkə istifadəçilərinin davranış qaydaları, onların pozulması zamanı meydana gələcək məsuliyyət müzakirə edilib.
Tədbirin açılışında çıxış edən CASCFEN sədri Azər Həsrət layihə haqqında qısa bilgi verərək dəstəyə görə, Azərbaycan dövlətinə təşəkkür edib. Eyni zamanda o, məktəbin direktoru Elşən Qafarovu layihəyə verdiyi dəstəkdən ötrü CASCFEN-in diplomuyla təltif etdiklərini bildirib.
Layihənin eksperti, “Kaspi” qəzetinin müxbiri Lalə Musaqızı virtual aləmdə davranış qaydaları haqqında fikirlərini paylaşıb. O, müəllim və şagirdlərin onlayn müstəvidə davranışlarını necə tənzimləməli olduqları haqqında örnəklər verməklə bərabər iştirakçıların suallarını da cavablandırıb.
Növbəti ekspert, CASCFEN nəzarət-təftiş komissiyasının sədri Sevda Əsgərova iştirakçılara “netizen” və “netiket” istilahları haqqında danışıb. O, bu istilahlara əsaslanaraq netiketin 10 qızıl qaydasını tək-tək izah edib.
Bundan sonra CASCFEN sədri Azər Həsrət onlayn ifadə azadlığının həm də məsuliyyət doğurduğu haqqında mülahizələrini iştirakçılarla paylaşıb.
Fəal ortamda keçən seminarın sonunda sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.
CASCFEN Mətbuat Xidməti
Baku, CASCFEN, 30.06.2016 – Central Asian and Southern Caucasian Freedom of Expression Network has conducted its next seminar in Shuvalan (Baku), School No: 230, within the framework of the Project titled “Online freedom of expression culture seminars for groups from different categories”. 29 teachers and pupils have attended the seminar on “Online freedom of expression culture for teachers and high school students”.
According to news, delivered from the organization, code of conduct of the net users, responsibility for its violations were discussed in the seminar, which was conducted thanks to the financial help of the Council of State Support to NGOs under the President of the Republic of Azerbaijan.
Azer Hasret, CASCFEN Chairman has given an information about the project and thanked the Azerbaijani state. At the same time, he said that the school Principal Elshan Qafarov has been awarded with CASCFEN diploma for his contribution to the project.
An expert of the Project, correspondent of “Kaspi” newspaper Lale Musaqizi has shared thoughts on the conduct on virtual realm. She has provided samples on regulation of online conduct and answered questions of participants.
Next expert, Chairwoman of CASCFEN control-revision commission Sevda Asgarova talked on “netizen” and “netiquette” terms. She has explained 10 golden rules of netiquette to the participants.
Afterwards CASCFEN Chairman Azer Hasret has stressed out the responsibility of online users as well.
Certificates were submitted to the participants at the end of seminar, which was conducted in active mood and group photo was taken.
CASCFEN Press Service