CASCFEN sədrindən Anadolu Universitetinin rektoruna dəvət

Nadir Azəri Eskişehirdə Prof. Dr. Fuat Erdalla görüşüb

Türkiyədə səfərdə olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) sədri, Mətbuat Şurasının Nəzarət-Təftiş Komissiyasının katibi, BAYRAQDAR MEDİA-nın Baş redaktorunun müavini Nadir Azəri görüşləri davam etdirir. Növbəti görüş Türkiyənin Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdalla olub.

Bu barədə məlumat verən Nadir Azəri bildirib ki, Denizlidən sonra Eskişehirdə bir sıra maraqlı görüşlər olub: “Belə görüşlərdən biri Anadolu Universitetinin rektoru Prof. Dr. Fuat Erdalla oldu. Mən öncə bizə göstərilən diqqətə görə cənab rektora minnətdarlıq edirəm. Bu görüş zamanı bir daha Prof. Dr. Fuat Erdalın Azərbaycana xüsusi sevgisinin olduğunun şahidi olduq”.

N.Azəri deyib ki, görüş zamanı CASCFEN-in xüsusi təşəkkür plaketini Anadolu Universitetinin rektoruna təqidm edib: “Dəyərli Prof. Dr. Fuat Erdal hər zaman Azərbaycana xüsusi sevgisi ilə fərqlənib. Biz bunu azərbaycanlı gənclətə göstərilən diqqət və qayğı fonunda da hiss edirik. Məhz buna görə də, görüş zamanı CASCFEN adından Prof. Dr. Fuat Erdala təşəkkür plaketi təqdim etdik. Həmçinin, rektora Vətən müharibəsindəki tarixi Zəfərimizin simvolu olan Xarı Bülbül döş nişanını da təqdim etdik”.

QHT rəhbəri deyib ki, görüş zamanı rektoru oktyabrda keçirəcəkləri beynəlxaql konfransa da dəvət edib: “CASCFEN Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi əsasında qalib olmuş “Türk dünyası birliyində Heydər Əliyev amili” layihəsini reallaşdıracaq. Bu layihə əsasında biri Naxçıvanda, biri isə Bakıda olmaqla iki konfrans keçiriləcək. Görüş zamanı cənab rektoru oktyabrda keçirilməsi nəzərdə tutulan Bakı konfransına əsas çıxışçılardan biri olaraq dəvət etdik. Dəvətə görə təşəkkür edən Prof. Dr. Fuat Erdal bunu müsbət qarşladı. Görüş zamanı, bir sıra digər məqamlarla bağlı da maraqlı fikir mübadiləsi apardıq”.

Number of View: 553