QHT-dən yeni layihə

İyulun 1-dən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sosial cəhətdən zəif müdafiə olunmuş vətəndaşlara pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların göstərilməsi” layihəsinin icrasına başlanılıb.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, layihənin məqsəd və vəzifələri əsasən Keyfiyyətli hüquqi yardıma əlçatanlığın təmin edilməsi və sosial cəhətdən zəif müdafiə olunmuş digər insanların qanuni hüquq və maraqlarının daha səmərəli müdafiəsini təşkil edilməsi; Vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün müraciətlərin artması ilə hüquq sistemi və qanunun aliliyi prinsipinin bərqərar olmasına dəstək verilməsi; Pozulmuş hüquqların bərpa edilməsi üçün vətəndaşların hərəkətinin təşviq edilməsindən ibarətdir”.

Məlumata əsasən, layihə çərçivəsində hüquqi yardıma ehtiyacı olan vətəndaşlara məsləhətlər veriləcək: “Onlar üçün müvafiq qurumlara müraciətlər, ərizə və şikayətlər tərtib ediləcək. Məhkəmə orqanlarına müraciətin zəruri olduğu hallarda iddia ərizələri tərtib ediləcəkdir. Qəbul günlərindən başqa günlərdə də ehtiyacı olan vətəndaşlara hüquqi yardım göstəriləcəkdir. Yazılı, şifahi müraciətlər, telefon, veb-sayt, sosial şəbəkələr vasitəsi ilə cavablandırılacaq. Layihənin icrası çərçivəsində “UNİON” vəkil bürosu və ekspert-hüquqşünas ilə bağlanmış müqavilə əsasında beş ay müddətində (01.07.2023 01.12.2023 il) Bakı, Şirvan, Masallı, Mingəçevir şəhərlərindəvətəndaşların qəbul günləri və hüquqi yardım aksiyaları təşkil ediləcək”.

Number of View: 747