Tokio şəhərində Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği

QHT –lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Sakura Azərbaycan-Yaponiya İçtimai Birliyinin təşşəbbüs və təşkilatçılığı ilə “Yaponiyanın Tokio şəhərində Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliği və hər iki ölkənin içtimai- iqtisadi və mədəni maraqlarının inkişafı” layihəsi uğurla reallaşdırılıb. Layihı çərçivəsində noyabrın 18-də Yaponiyanın Tokio şəhərində tədbir keçirilib.

İctimai Birlikdən verilən məlumata görə, tədbirdə iki ölkənin əməkdaşlığldan, həmçinin, Azərbaycandan bəhs edən videolar təqdim ediib.
Sakura Azərbaycan-Yaponiya İçtimai Birliyinin sədri Təranə Hüseynova deyib ki, tədbir çərçivəsində eyni zamanda yapon biznesmenlərini maraqlandıran Azərbaycanın iki tanınmış şirkətlərinin təqdimatı da keçirilib: “Yapon iş adamları ilə diskusiyya çox maraqlı və canlı keçirdi. Hər bir biznesmen Azərbaycanda öz biznes məhsullarının təqdimatını keçirmək və Azərbaycanla qarşılıqlı biznes əlaqələri qurmaq istəyirdi. Bu məni çox sevindirirdi. Tədbirin sonunda layihəmizi Tokio şəhərində dəstəkləyən yapon təşkilatlarının rəsmi nümayəndələrinə xatirə hədiyyələri təqdim etdik. Biz Sakura Azərbaycan-Yaponiya İçtimai Birliyi olaraq belə layihələrin Yaponiyada və Azərbaycanda davamlı olaraq qarşılıqlı silsilə formada keçirilməsini planlaşdırırıq”.

Number of View: 894