Tibb Kollecində “Narkomaniyaya və zərərli vərdişlərə qarşı” maarifləndirmə tədbiri keçirildi

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi tərəfindən icra edilən layihə çərçivəsində növbəti tədbir 2 saylı Bakı Baza Tibb Kollecində keçirilib.
Bu barədə İctimai Birlikdən məlumat verilib.

Qeyd edilib ki, layihə rəhbəri Vidadi Fətullayev çıxışında, narkomaniya və zərərli vərdişlərə qarşı ölkəmizdə aparılan mübarizə və maarifləndirmə işlərində, dövlət qurumları ilə yanaşı ictimaiyyətin də fəal rol almasının vacib olduğunu deyib.

Ölkəmizdə vətəndaşların sağlamlığı sahəsində həyata keçirilən islahatlardan və gənclərimizin elm, idman və başqa sahələrdə qazandıqları nailiyyətlərdən bəhs edən QHT sədri, cəmiyyətimizin fəal üzvləri kimi tələbələri, Azərbaycan Prezidenti İlham Əliyevin bu il Gənclər Günündə gənclərimizə verdiyi dəyərli tövsiyyələrə əməl etməyə, narkomaniya bəlasına və zərərli vərdişlərə qarşı qətiyyətli mübarizəyə səslədi. Tədbirdə çıxış edən Narkotiklərlə Mübarizə üzrə Dövlət Komissiyası (NMDK) İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev, Azərbaycan Prezidentinin imzaladığı və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı haqqında məlumat verdi,həmçinin slaydlardan istifadə edərək, mövzu barədə ətraflı çıxış etdi və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.

Maarifləndirici buklet və kitabçaların paylandığı tədbirin iştirakçıları ölkə rəhbərliyinə, gənclərə göstərilən qayğı və etimada görə minnətdarlıqlarını ifadə edən tədbir iştirakçıları, tədbirin təşkilinə görə NMDK İşçi Qrupu, QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Tibb Kollecinin rəhbərliklərinə təşəkkürlərini bildirdilər.

Number of View: 1762