2 saylı Tibb Kollecində gənclər maarifləndirilib

“Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyi 2 saylı Bakı Baza Tibb Kollecində maarifləndirmə tədbiri keçirib.

Layihə rəhbəri Vidadi Fətullayev çıxışında, Azərbaycan Prezidentinin imzaladığı və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı haqqında məlumat verib. O, narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə və maarifləndirmə işlərində dövlət qurumları ilə yanaşı, ictimaiyyətin də fəal rol almasının vacib olduğunu qeyd edib.

V.Fətullayev gəncləri, Azərbaycan Prezidentinin bu il Gənclər günündə verdiyi tövsiyələrə əməl etməyə, narkomaniya bəlasına və zərərli vərdişlərə qarşı birlikdə mübarizə aparmağa çağırıb.

Bakı Narkoloji Mərkəzinin psixoloq-həkimi Günay Babayeva slaydlarla “Narkotik asılılığın psixoloji təsirləri” barədə ətraflı çıxış edib və tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Maarifləndirici buklet və kitabçaların paylandığı tədbirdə çıxış edən kollec müəllimləri və tələbələr mövzu barədə fikirlərini bildiriblər.

Number of View: 869