CASCFEN qurultayını ertələdi, yeni üzvlər qəbul etdi – Foto+VideoCASCFEN postpones the Congress, gets new members – Photo+Video

Toplantıdan görüntülər
Toplantıdan görüntülər

Bakı, CASCFEN, 25.06.2013 – İyunun 23-də Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda qurumun bu ilin sentyabrına nəzərdə tutulan qurultayının iki ay ertələnərək noyabr ayında keçirilməsi haqqında qərar qəbul edilib.

Təşkilatdan verilən xəbərə görə, quruma yeni üzvlərin qəbulu da müzakirə olunub. Bir sıra ictimai fəallar və yazarlar CASCFEN-in üzvləri sırasına qəbul edilib:
Aynur Cavidqızı, təlimçi-metodist;
Durna Qurbanqızı, pedaqoq;
Ənvər Əlioğlu, gənc fəal;
Fəxriyyə Yaşarqızı, kitabxanaçı;
Gülnarə Salmanqızı, gənc fəal
Mahir Mehdi, Lent.az xəbər portalının redaktoru;
Mətanət Əliqızı, pedaqoq;
Məzahir Aşırov, Demokratik Jurnalistlər Liqasının şöbə müdiri;
Oqtay Əliyev, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Ərgünəş” mətbəəsinin direktoru
Zabil Müqabiloğlu, Günxeber.com saytının baş redaktoru;

İdarə Heyətinin üzvləri quruma üzvlüklə bağlı qaydalara dəyişiklik etmək haqqında fikirlər də səsləndirib. Təşkilatın sədr müavinləri Nadir Azəri və Rey Kərimoğlu, həmçinin İdarə Heyətinin üzvü Elşad Paşasoy təklif edib ki, quruma üzvlük bir qədər mürəkkəbləşdirilsin. Təklifə görə, bundan sonra üzvlük üçün müraciət edənlər həm də onları tövsiyə və təklif edənlərin imzasını almalıdır. Bu təklif İdarə Heyəti üzvləri tərəfindən dəstəklənib və ərizə formasının növbəti toplantıda təsdiqlənməsi qərara alınıb.

Daha sonra CASCFEN-in ifadə azadlığı mədəniyyəti üzrə layihəsinin icra durumu haqqında Rey Kərimoğlu məlumat verib. Məlumat dinlənildikdən sonra qərara alınıb ki, layihə çərçivəsində təşkil ediləcək seminar və konfransın vaxtı müəyyənləşdirilsin. Beləliklə, CASCFEN iyulun 2-ci yarısında Tərtərdə, avqustun ilk günlərində isə Yevlaxda tədbirlərini keçirəcək. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilir.

Təşkilatın sədri Azər Həsrət isə Mətbuat Şurasının bu ilin 12 iyul tarixinə təyin edilmiş qurultayı ilə bağlı məlumat verib. İdarə Heyəti Azər Həsrətin qurultayda nümayəndə kimi iştirakına səs verib. O da qərara alınıb ki, Azər Həsrətin Mətbuat Şurası İdarə Heyəti üzvlüyünə namizədliyi irəli sürülsün.

Bir sıra cari məsələlərin də müzakirə edildiyi toplantıda Azərbaycan Jurnalistikası Günü – 22 iyulun da ayrıca qeyd edilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Toplantıda sədr Azər Həsrətlə bərabər müavinlər Rey Kərimoğlu və Nadir Azəri, İdarə Heyətinin üzvləri Nüşabə Hüseynli, Səhər Əhməd, Lalə Musaqızı, Elşad Paşasoy və Qalib İbrahimoğlu, həmçinin Nəzarət Təftiş Komissiyasının sədri Sevda Əsgər iştirak edib. Professor Ramiz Əskər isə üzrlü səbəbdən toplantıya qatılmayıb.

CASCFEN Mətbuat Xidməti

Views from the meeting
Views from the meeting

Baku, CASCFEN, 25.06.2013 – The Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) has conducted its next Board meeting. The Board has postponed for two months the Congress of CASCFEN scheduled for September, this year and decided to conduct it on November.

According to news delivered from the organization new members were accepted to CASCFEN as well. The following civil actors and writers were accepted to CASCFEN membership:

Aynur Javidqizi, trainer-methodologist
Durna Qurbanqizi, pedagogue
Anvar Alioglu, youth activist
Fakhriyya Yasharqizi, librarian
Gulnara Salmanqizi, youth activist
Mahir Mehdi, editor of Lent.az news portal
Matanat Aliqizi, pedagogue;
Mazahir Ashirov, section head of the Democratic Journalists League
Oqtay Aliyev, a member of Azerbaijan Writers Union, director of “Ergunesh” Printing House
Zabil Muqabiloglu, chief editor of Gunxeber.com news site

Some members of the Board have expressed proposals to make changes to the procedures of getting new members to CASCFEN. Deputy chairmen Nadir Azeri and Rey Kerimoglu, the Board member Elshad Pashasoy as well suggested to complicate membership procedures. According to the proposal from now on those who wishes to join CASCFEN will need to get one recommendation and one support from acting members. The Board members have supported the proposal and decided to approve application form in the next meeting.

Afterwards Rey Kerimoglu has briefed the Board about implementation stage of the project on freedom of expression culture. Then the Board decided to approve the timing of events to be conducted in the framework of the project. So CASCFEN will conduct one seminar in Terter region on the 2nd half of the July and one conference at the beginning of August in Yevlakh city. We shall note that the project is supported financially by the NGO Support Council of Azerbaijan.

A chairman of the organization Azer Hasret informed the Board about Azerbaijan Press Council`s Congress to be conducted on July 12 this year. The Board approved Azer Hasret as a delegate for the Congress. Azer Hasret`s candidacy for Press Council Board membership was approved as well.

At the meeting where some other issues were discussed as well Board members exchanged ideas about marking the National Journalism Day – July 22.

Alongside with Azer Hasret deputy chairmen Rey Kerimoglu and Nadir Azeri, the Board members Nushabe Huseynli, Seher Ahmed, Lale Musaqizi, Elshad Pashasoy and Qalib Ibrahimoglu, a chairwoman of Control Revision Commission Sevda Asker took part in the meeting. Professor Ramiz Asker was absent due to respective reasons.

CASCFEN Press Service

Number of View: 41000