CASCFEN mənzil məsələsində Mətbuat Şurasını dəstəkləyirCASCFEN supports Azerbaijan Press Council’s housing criterions

Jurnalistlər üçün ev. Öndən və arxadan görünüş. Foto: Yeni Musavat

Bakı, CASCFEN, 30.05.2013 – “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) jurnalistlər üçün tikilən evin bölüşdürülməsi ilə bağlı Mətbuat Şurasının (MŞ) müəyyən etdiyi kriteriyaları dəstəkləyir və onların müzakirəsini belə yolverilməz sayır.”

Belə bir açıqlama ilə qurumun sədri Azər Həsrət çıxış edib. CASCFEN sədri bildirib ki, son günlər bəzi media təmsilçilərinin ölkə Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə gerçəkləşən jurnalistlər üçün qarşılıqsız mənzil ideyasına qarşı çıxışları anlaşılan deyil. “Məgər biz jurnalistlər deyilmiydik ki, dövlətimizin sosial problemlərimizin həllində iştirakını tələb edən? Axı neçə illər ərzində hakimiyyəti məhz ona görə tənqid edirdik ki, media təmsilçilərinin mənzil probleminin həllində iştirak etmir. İndi cənab Prezident məhz özü bu zərurəti dərk edərək Azərbaycan dövlətinin imkanları hesabına jurnalistlər üçün ev tikdirir və nəyə görəsə bundan da siyasi manipulyasiya üçün istifadə edənlər tapılır”, – deyə Azər Həsrət bildirib.

CASCFEN sədri onu da qeyd edib ki, Prezidentin bu xoşməramlı iradəsinə qarşı çıxış edən şəxslər əsasən sosial təminatı yüksək olan, nəinki mənzil probleminin nə olduğunu bilməyən, ümumiyyətlə bahalı maşınları, hətta villaları belə olanlardır ki, onların da jurnalistikanın fəhləliyini edənlərlə bağlı qərar verməsi qəbuledilməzdir.

“Bu adamlar da uzun illər ərzində darısqal kirayə evlərdə sürünərək övladlarının gözünün içinə baxmağa utansaydılar belə danışmazdılar. Ona görə də onları daha anlayışlı olmağa, cənab Prezidentin bu alicənab əməlini gözdən salmamağa, əksinə, belə addımların davamı üçün təqdir etməyə çağırıram. Eyni zamanda istərdim ki, mənzillərin paylanması üçün MŞ-nın müəyyən etdiyi ədalətli və mükəmməl kriteriyaları da hər kəs dəstəkləsin”, – deyə Azər Həsrət qeyd edib.

Xatırladaq ki, MŞ aşağıdakı kriteriyaları müəyyən edib:

1. Son 5 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada 3 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşların adlarını namizəd kimi irəli sürə bilər.

2. Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirə bilər.

CASCFEN Mətbuat Xidməti

House for journalists. Front and back view by Yeni Musavat

Baku, CASCFEN, 30.05.2013 – “The Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) supports the criterions on distribution of houses built for journalists and considers their discussion even unacceptable.”

Azer Hasret, a Chairman of the organization has acted with such a statement. CASCFEN Chairman has noted that the claims by some media representatives against the idea by the President of Azerbaijan Mr. Ilham Aliyev to build a house for journalists is not understandable. “Just were not those we, who demanded participation of state in solving our social problems? In fact we were criticizing the government for years for not being involved in the solving the housing problems of media representatives. Now Mr. President himself understanding this necessity is building a house for journalists due to the possibilities of Azerbaijan state and there are found some people using this case for political manipulation”, – has said Azer Hasret.

The CASCFEN Chairman has noted that those who act against such a goodwill of the President are those with high social guarantee. These people not only don`t have housing problem, but they possess luxury cars, even the villas and their attitude towards making decision in regard to journalism`s real workers can`t be regarded as acceptable.

“If these people would also live in narrow crawled rental houses for years and were ashamed to watch into the eyes of their children they would not speak so. That’s why I call on them to be more considerate, not to minimize the importance of such a gentle act of the President, but appreciate it for the continuance in future. At the same time I would like everybody to support the fair and perfect criterions defined by the Press Council of Azerbaijan to distribute the flats”, – has noted Azer Hasret.

We shall remind that the criterions defined by the PC are as follows:
1. Only those mass media outlets (newspapers, magazines, information agencies and internet news portals) which acted continuously during last 5 years can move the candidacy of journalists for housing with 3 years of work in that media organ and with at least 10 years of journalism experience.
2. Daily newspapers and news agencies can nominate up to 3, weekly newspapers, magazines and news portals only 1 candidate for the housing.

CASCFEN Press Service

Number of View: 24425