CASCFEN sədrinə Türkməneli Basın Konseyindən ziyarət və təltifVisit to CASCFEN chairman from Turkmeneli Press Council (Iraq) and rewarding

Azər Həsrət və Dr. Şəmsəddin Küzəci
Azər Həsrət və Dr. Şəmsəddin Küzəci

Bakı, CASCFEN, 08.07.2013 – Ötən həftə Bakıda səfərdə olan İraq Türkmən Basın Konseyinin baş katibi və Kərkük Kültür Dərnəğinin başqanı Dr. Şəmsəddin Küzəci Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrətlə görüşüb. Görüşdə Azərbaycan və Türkməneli (İraq) mediası arasında əlaqələr və işbirliyi məsələləri müzakirə edilib.

Dr. Şəmsəddin Küzəci hər zaman Azərbaycan mediasının və ictimaiyyətinin diqqətini hiss etdiklərini, bundan məmnun olduqlarını deyib. O, qeyd edib ki, Azərbaycan jurnalistləri ilə daha yaxın əlaqələrin qurulması, təşkilatlar arasında münasibətlərin dərinləşdirilməsi ümumi işin faydasına olardı.

CASCFEN sədri Azər Həsrət də öz növbəsində bildirib ki, Kərkük də daxil Türkmənelində baş verənlər Azərbaycan mediası tərəfindən yaxından izlənir. “Biz heç vaxt Türkmənelini, oradakı qardaşlarımızı unutmadıq. Oralarda baş verən hər bir hadisə Azərbaycanda yüksək həssaslıq və həyəcanla izlənir və ölkə mediası, ictimaiyyəti Kərkükdə baş verənləri Azərbaycanda baş verən hadisələr kimi qəbul edir”, – deyə Azər Həsrət bildirib.

Görüşün sonunda Dr. Şəmsəddin Küzəci Azər Həsrətə “İraq Türkmən basınına vermiş olduğu dəstək və qatqılardan dolayı” şərəf plaketi təqdim edib. Eyni zamanda o Kərkük Kültür Dərnəyinin “Şərəf bəlgəsi”ni (Onur Belgesi) də CASCFEN sədrinə təqdim edib. Azər Həsrət “İraq Türkmən kültürü, sənəti və mədəniyyətinin inkişafında göstərdiyi üstün xidmətlərdən dolayı” bu bəlgəylə təltif edilib.

Azər Həsrət və Dr. Şəmsəddin Küzəci
Azər Həsrət və Dr. Şəmsəddin Küzəci

CASCFEN Mətbuat Xidməti

Azer Hasret and Dr. Shamsaddin Kuzaji
Azer Hasret and Dr. Shamsaddin Kuzaji

Baku, CASCFEN, 08.07.2013 – Visiting the last week Azerbaijan the Secretary General of Turkmeneli Press Council (Iraq) and the Founding Chairman of the Kirkuk Culture Society Dr. Shamsaddin Kuzaji has met Azer Hasret, a chairman of Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN). The sides discussed collaboration opportunities and relations between Azerbaijani and Turkmeneli (Iraq) media.

Dr. Shamsaddin Kuzaji noted that they always feel the attention of Azerbaijani media and society and they are happy with this. He added that they are interested to have tighter ties with Azerbaijani journalists and deepening of relations between civil society organizations would be beneficial for the both sides.

In turn a chairman of CASCFEN said that everything what happens in Turkmeneli including Kirkuk is closely followed by Azerbaijani mass media. “We never forgot Turkmeneli and our brothers there. Everything what happens there is followed with high sensibility and alarm by Azerbaijani media. We consider all these events in Kirkuk as the events happening right in Azerbaijan”, – has added Azer Hasret.

At the end of the meeting Dr. Shamsaddin Kuzaji on behalf of Turkmeneli Press Council (Iraq) presented to Azer Hasret “Plaque of Honor due to support and contributions to Iraqi Turkmen media”. At the same time on behalf of Kirkuk Culture Society he presented to Azer Hasret “Certificate of Honor”. CASCFEN chairman was awarded with this certificate due to “Superior services to Iraqi Turkmen culture and art`s development”.

Azer Hasret and Dr. Shamsaddin Kuzaji
Azer Hasret and Dr. Shamsaddin Kuzaji

CASCFEN Press Service

Number of View: 28868