Bakı, CASCFEN, 18.03.2013 – 17 mart 2013-cü il tarixində Bakıdakı Royal Hoteldə Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) özünün 10 illik yubileyini təmtəraqlı qəbulla qeyd edib. Azərbaycan himninin ifası və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə yaddaqalan anların zənginliyi diqqət çəkib.
Təşkilatdan verilən xəbərə görə, qurumun İdarə Heyətinin üzvü, professor, doktor Ramiz Əskər tədbiri açaraq qeyd edib ki, Azərbaycanda özünün xüsusi yeri olan CASCFEN üzvlərinin və qonaqların iştirakıyla özünün 20 mart günü tamam olacaq yubileyi ilə bərabər Novruz bayramını da qeyd edir.
Daha sonra çıxış edən CASCFEN sədri Azər Həsrət isə qeyd edib ki, 10 il öncə bu təşkilatı məhz 20 mart tarixində təsis etməkdə məqsəd də o olub ki, qurumun ad günləri Azərbaycan xalqının ən əziz bayramı Novruzla eyni günə düşsün. O əlavə edib ki, hazırda öz sıralarında 93 nəfəri birləşdirən CASCFEN ötən il dövlət qeydiyyatına alındıqdan sonra iki beynəlxalq təşkilatla bərabər Azərbaycan Mətbuat Şurasına və Milli QHT Forumuna üzv olub. Bundan başqa qurum Beynəlxalq Söz Azadlığı Mübadiləsi (IFEX) adlı beynəlxalq təşkilata üzvlük üçün müraciət edib və artıq bu yolda ilk mərhələni uğurla keçib.
Musiqi ilə davam edən tədbirə Bakı Kukla Teatrının sənətçilərinin Novruz təbriki və Bakı Milli Geyim Evinin təmin etdiyi milli geyimli CASCFEN üzvlərinin iştirakı xüsusi rövnəq verib.
Bundan sonra çıxış edən Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev və Mətbuat Şurasının sədri Əflatun Amaşov öz təbriklərini çatdırıb, xoş arzularını bildirib.
V.Əliyev qeyd edib ki, CASCFEN-in üzvləri sırasında Azərbaycan mediasının qaymaqları sayılan şəxslərin olması bu təşkilatın məram və missiyasının doğruluğundan xəbər verir. O, təşkilata uğurlar arzulamaqla bərabər qeyd edib ki, Azərbaycan hökuməti tutduğu mövqeyindən asılı olmayaraq dövlətə və xalqa sədaqətilə seçilən hər bir təşkilatın inkişafında maraqlıdır. Hətta o təşkilatlar hakimiyyətə qarşı tənqidi mövqedə olsa belə.
MŞ sədri Ə.Amaşov isə qeyd edib ki, istər CASCFEN, istərsə də ona rəhbərlik edən şəxslər nəinki Azərbaycan mediasında, ümumiyyətlə region ölkələrində öz sözünü deməyi bacaran, sayılıb-seçilən şəxslərdir və belə olacağı təqdirdə bu təşkilatın ən uğurlu təşkilatlar sırasında olmaması imkansızdır.
Daha sonra R.Əskər qeyd edib ki, CASCFEN ona təmənnasız informasiya dəstəyi verən iki qəzeti – “Bakı xəbər” və “Ekspress”i diplomla təltif edib. Diplomlar təntənəli şəkildə “Ekspress”in baş redaktoru Qəzənfər Bayramova və “Bakı xəbər”in baş redaktor müavini Samirə xanıma təqdim edilib.
Bundan sonra Azər Həsrət bildirib ki, qurumun sədr müavini Nadir Azərinin bugünlərdə 40 yaşı tamam olub. Bu münasibətlə və həmçinin CASCFEN-in formalaşmasındakı xüsusi xidmətlərinə görə Nadir Azəri diplomla təltif edilib.
CASCFEN üzvü, vətənpərvər mahnıların usta ifaçısı Şəmistan Əlizamanlının çıxışı tədbirə xüsusi rəng qatıb. Tədbirdəki hər kəsi cuşa gətirən ifalar rəqslər və xüsusi canlanma ilə müşayiət edilib.
Əslən Təbrizdən olan sənətçi Yasser Ehsanın də eyni üslubda yüksək və peşəkar ifaları iştirakçıların ürəyincə olub.
Müğənni Tutu Göyçaylının xüsusi olaraq seçib ifa etdiyi Azərbaycan mahnıları, həmçinin tədbir iştirakçılarının fəallığı yaddaqalan olub.
Bakı Uşaq Teatrının sədri İntiqam Soltan və başqaları da öz çıxışlarında CASCFEN-ə xoş arzularını bildirib, bu təşkilatın üzvü olmaqdan məmnunluq duyduqlarını dilə gətiriblər.
CASCFEN üzvü Lalə Xəlilqızının təşkilatın rəhbəri Azər Həsrətə ortaq türk bayrağı hədiyyə etməsi iştirakçıları xüsusi olaraq canlandırıb və milli rəqslər, Ş.Əlizamanlının təkrar ifası ilə məclis davam edib.
Baku, CASCFEN, March 17, 2013 – On March 17, 2013 in the Royal Hotel Baku the Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) has marked its 10 years jubilee with high luxury. The event, which started with performance of Azerbaijan national anthem and 1 minute silence for the martyrs of the homeland was full of remarkable moments.
According to press-release from the organization, the Board Member of CASCFEN, Prof. Dr. Ramiz Asker opening the ceremony has noted that the CASCFEN, which 10 years anniversary completes on March 20, alongside with this marks the national holiday Novruz as well and most invitees are organization`s members with some esteemed guests.
Azer Hasret, the chairman of CASCFEN, speaking afterwards noted that while launching the network 10 years ago on March 20, they oversaw to mark organization`s birthday together with national holiday of Azerbaijan and other nations of the region – Novruz. He added that CASCFEN having 93 individual members after getting state registration last year has became a member of 2 international organizations and 2 national organizations – Azerbaijan Press Council and Azerbaijan National NGO Forum. Alongside with these successes CASCFEN has applied for the membership to the International Freedom of Expression eXchange and has passed the 1st step in this direction with success.
The cultural program arranged by Azerbaijan State Puppet Theatre and Baku National Dress House has added more remarkable colors to the event.
Afterwards a sector head at the Presidential Administration`s socio-political department Mr. Vugar Aliyev and the head of the Press Council Mr. Aflatun Amashov were invited to congratulate participants of the jubilee.
Vugar Aliyev said that CASCFEN has in its membership mostly prominent media workers and wished this organization be more active outside the country and entire region at all.
PC chairman A.Amashov has noted that be the CASCFEN itself or the persons who are in the leading positions in this organization, they are not only in Azerbaijani mass media, even in other countries of the region quite well known and respected. “Of course this would bring to such a big success which is gained now by CASCFEN”, has added he.
Afterwards Ramiz Asker has noted that CASCFEN Board decided to present diplomas to two independent daily newspapers which provided continues information support to the organization. Newspapers which won the diplomas were “Baki khabar” and “Ekspress” dailies. The diplomas were presented to “Baki khabar”s deputy editor-in-chief Samira Safarova and “Ekspress”s editor-in-chief Gazanfar Bayramov.
Afterwards Azer Hasret has said that organization`s deputy chairman Nadir Azeri has reached his 40 years age. In this occasion and for his active engagement in formation of CASCFEN Nadir Azeri is awarded with diploma as well.
The member of CASCFEN, popular patriotic singer Shamistan Alizamanli`s performance has added special color to the event. His performance forced all participants to join dancing team.
Yasser Ehsan of Tabriz (Iran) decent also performed his songs with high skill.
Singer Tutu Goychayli has sung especial Azerbaijani songs for the participants.
A director of Baku Child Theatre and a member of CASCFEN Intiqam Soltan and others have noted their wishes to organization and stressed their membership in this network.
CASCFEN member Lale Khalilqizi has presented to Azer Hasret common Turkish flag – an official flag of Turkish Council which was followed with performance by Shamistan Alizamanli and dancing too.
Number of View: 19445