Daha bir neçə tanınmış şəxs CASCFEN-ə üzv olduSome more prominent journalists join CASCFEN

CASCFEN İdarə Heyətinin toplantısı. 09 mart 2013

Bakı, CASCFEN, 12.03.2013 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İdarə Heyətinin ötən həftəsonu keçirilən növbəti toplantısında daha bir neçə mühüm məsələ müzakirə olunub və quruma yeni üzvlər qəbul edilib.

Təşkilatın sədri Azər Həsrətin verdiyi bilgiyə görə, martın 17-nə nəzərdə tutulan CASCFEN-in 10 illik yubileyi və Novruz bayramı törəni ilə bağlı son müzakirələr aparılıb və yubiley komissiyasının işi müsbət dəyərləndirilib.

Bundan sonra İH CASCFEN-ə üzvlük üçün daxil olan müraciətləri tək-tək nəzərdən keçirib. Nəticədə daha 5 nəfər qurumun üzvləri sırasına qəbul edilib:

Fuad Həsənoğlu – Bakı Slavyan Universitetinin baş müəllimi, jurnalist
Ləman Habilqızı – musiqiçi
Mahir İsmayıloğlu – söz azadlığı fəalı, iş adamı
Peyman Oqayatzadə – jurnalist
Şamil Sabiroğlu – “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, müharibə jurnalisti

Qurumun “Mədəniyyətə dəstək” layihəsi çərçivəsində görüləcək işlər sırasından martın 15-də Muzey Mərkəzində Bakı Milli Geyim Evinin təşkil edəcəyi milli geyim sərgisinə informasiya dəstəyi vermək və CASCFEN üzvlərinin həmin sərgidə iştirakını təmin etməklə bağlı məsələ də müzakirə edilib.

Qurumun sədri Azər Həsrət İH üzvlərini Beynəlxalq Söz Azadlığı Mübadiləsi (IFEX) təşkilatına üzvlük üçün müraciətin durumu ilə bağlı da məlumatlandırıb. O qeyd edib ki, CASCFEN-in üzvlük ərizəsi uğurla ilk mərhələni keçib və yaxın iki ay ərzində növbəti mərhələni də keçəcəyinə şübhə yoxdur.

İH üzvləri 3 May Dünya Mətbuat Azadlığı Günü, həmçinin 22 İyul Azərbaycan Jurnalistikası Günü və CASCFEN-in bu ilin sentyabr ayına planlaşdırılan qurultayı barədə də fikir mübadiləsi aparıblar.

İH-nin toplantısında sədr Azər Həsrətlə bərabər sədr müavinləri Rey Kərimoğlu və Nadir Azəri, həmçinin İH üzvləri Ramiz Əskər, Nüşabə Hüseynli, Lalə Musaqızı, Səhər Əhməd iştirak edib. İH üzvlərindən Qalib İbrahimoğlu və Elşad Paşasoy üzrlü səbəbdən toplantıya qatıla bilməyiblər.

CASCFEN Board meeting. March 09, 2013

Baku, CASCFEN, March 12, 2013 – Some more important issues were discussed at the meeting of the Board of Baku based Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) held the last weekend and new members admitted to membership.

According to news release delivered by CASCFEN chairman Azer Hasret to press, Board members discussed organization`s 10 years jubilee and Novruz Holiday events preparations and expressed an appreciation with the work of jubilee commission. CASCFEN is going to mark its jubilee on March 17, 2013 while the organization was launched on March 20, 2003.

Afterwards the Board has revised new applications for CASCFEN membership one by one and 5 more prominent journalists were accepted to membership:

Fuad Hasanoglu – senior teacher at Baku Slavic University, a journalist
Leman Habilqizi – a musician
Mahir Ismayiloglu – freedom of expression activist, a businessman
Peyman Oqayatzade – a journalist
Shamil Sabiroglu – chairman of the Public Association “For the Recognition of Khojali Genocide”, a war journalist

The Board decided in the framework of its campaign “In Support of Culture” to provide information support to the exhibition organized by Baku National Dress House in the Museum Centre on March 15, 2013 and provide participation of its members in this event.

The chairman of the organization Azer Hasret has informed Board members on the development of membership application to International Freedom of Expression Exchange (IFEX) and noted that the application has passed the first step with success. He added that there is no doubt that the next step will be successful as well.

The Board members discussed preparations to 3 May World Press Freedom Day, 22 July Azerbaijan Journalism Day events and changed ideas about CASCFEN`s General Assembly to be held on September, 2013.

Alongside with Azer Hasret, the deputy Board members Rey Kerimoglu and Nadir Azeri, the Board members Ramiz Asker, Nushabe Huseynli, Lale Musaqizi and Seher Ahmed took part in the meeting. Board members Qalib Ibrahimoglu and Elshad Pashasoy were absent due to respective reasons.

Number of View: 15390