ATƏT-in media azadlığı üzrə nümayəndəsi Gürcüstan yayım qanununa əlavələrlə bağlı hüquqi xülasəni təqdim edir
ATƏT, London, 25.03.2013 – ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatović Gürcüstanın xarici işlər naziri Maya Pancikidzeyə ünvanlanan məktubunda bu gün bu ölkənin yayım qanununa əlavələrlə bağlı hüquqi xülasəni təqdim edərək keçid dövrü ərzində ictimai yayınçının tam fəaliyyətinin təmin edilməsinə gərək olduğunu vurğulamışdır.
“Təklif edilən əlavələr ictimai yayınçının işində daha çox plüralizm və şəffaflıq baxımından hazırkı qanunu irəli aparır. Buna həm də vəzifələr, məqsədlər, həmçinin baş direktor və idarə heyətinin müəyyən edilməsində nail olunub. O da müsbət haldır ki, ictimai yayınçı öz şəbəkəsinin bir hissəsi kimi başqa yayınçıların siqnallarını da yayınlamaq öhdəliyi altına girir”, – deyə Mijatović bildirib.
O əlavə edib ki, “layihənin əsas çatışmazlığı yeni İdarə Heyətinin təyin edilməsinə qədər keçərli olan maddələrin olmamasıdır. Burada yayınçının keçid dövründə tam funksionallığı təmin edilməlidir”.
Hüquqi xülasə tanınmış media hüququ eksperti professor Katrin Nyman Metcalf tərəfindən hazırlanmışdır. ATƏT-in media azadlığı üzrə nümayəndəsinin ofisi qanunun sonrakı inkişafını diqqətdə saxlayacaq.
Mijatović hazırda Londondakı konfransda çıxış etməkdədir.
İngilis dilindən tərcümə: CASCFEN
OSCE media freedom representative presents legal review of Georgian broadcasting law amendments
OSCE, London, March 25, 2013 – OSCE media freedom representative Dunja Mijatović, in a letter to the Georgian Foreign Minister, Maia Panjikidze, today presented a legal review of amendments to the Georgian broadcasting law, emphasizing the need to ensure the full functioning of the public broadcaster during the transition period.
“The proposed amendments improve the current law, ensuring greater pluralism and transparency in the work of the public broadcaster. This is also achieved by redefining the tasks, duties and appointment procedure of the Director General and the Board of Trustees. It is also very positive that the public broadcaster will have a new obligation to carry the signal of other broadcasters as part of its network,” said Mijatović.
She added that “the main shortcoming of the draft is the lack of transitional provisions until the new Board is appointed. This should be introduced to ensure the full functioning of the broadcaster during the transition.”
The legal review was prepared by Professor Katrin Nyman Metcalf, a prominent media legal expert. The Office of the OSCE Representative on Freedom of the Media will continue to follow the progress of the law.
Mijatović is currently in London speaking at a conference.
Number of View: 21417