…və Azərbaycanda həbsdə olan bütün jurnalistlərin azad edilməsinə çağırır
Vyana, ATƏT, 28.12.2012 – ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunja Mijatović bu gün iki jurnalistin və bir bloggerin həbsdən azad edilməsini alqışlayıb.
“Bu, həbsə atılma qorxusu olmadan öz işini görə bilmə haqqı olan jurnalistlər üçün daha yaxşı mühit yaratmağa yardımçı ola bilən və uzun müddət gözlənilən addımdır”, – deyə Dunja Mijatović bildirib.
Prezident İlham Əliyev dekabrın 26-da milli bayramla bağlı fərman imzalayaraq 86 məhbusu əfv edib. Onlardan ikisi jurnalistdir – İranın “Səhər” TV kanalının Azərbaycandakı müxbiri Anar Bayramlı və “Xural” qəzetinin regional müxbiri Aydın Canıyev. Onların hər ikisi bir neçə müddətdir ki, həbsdə idilər. Tanınmış blogçu Taleh Xasməmmədov da əfv edilib.
“Mən ümid edirəm ki, Anar Bayramlı, Aydın Canıyev və Taleh Xasməmmədovun azad edilməsi kimi diqqətəlayiq addım daha artıq əməllərlə davam etdiriləcək. Həbsdəki bütün jurnalistlər azad edilməlidir”, – Dunja Mijatović deyib.
Bu yaxınlarda Bakıya etdiyi son səfərində Dunja Mijatović həbsdə olan jurnalistlər – “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, müstəqil jurnalist Fərəməz Novruzoğlu, “Xəyal” TV-nin icraçı direktoru Vüqar Qonaqov və “Tolışi sədo” qəzetinin baş redaktoru Hilal Məmmədovla görüşmüşdü.
Translated from English by CASCFEN
…calls for all journalists to be freed
Vienna, OSCE, Dec 28, 2012 – The OSCE Representative on Freedom of the Media, Dunja Mijatović, today welcomed the release from prison of two convicted journalists and a blogger.
“This is a long-expected step that can help to create a better environment for journalists, who must be able to do their jobs free from the fear of being put behind bars,” Mijatović said.
President Ilham Aliev issued a decree pardoning 86 prisoners on 26 December, ahead of a national holiday. Two are journalists – Anar Bayramli, an Azerbaijan-based correspondent for Iranian Sahar TV, and Aydin Janiyev, a regional correspondent for the newspaper Khural. Both spent several months in detention. Popular blogger Taleh Khasmammadov was also pardoned.
“I hope this commendable step to release Anar Bayramli, Aydin Janiyev and Taleh Khasmammadov will be followed by more action. All journalists in detention should be released,” Mijatović said.
During a recent trip to Baku for official meetings Mijatović was able to visit detained journalists Avaz Zeynalli, the chief editor of Khural, independent journalist Faramaz Novruzoglu (Allahverdiyev), executive director of Khayal TV Vugar Gonagov and chief editor of Tolishi Sado newspaper, Hilal Mammadov.
Number of View: 16325