Bakı, CASCFEN, 27.12.2012 – Azərbaycan Prezidenti İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində bir qrup məhbusa şamil edilən əfv fərmanı imzalayıb. Prezident Administrasiyasından verilən xəbərə görə, əfv edilənlər arasında iki jurnalist də var.
Əfv edilən jurnalistlərdən biri – Anar Bayramlı (31) İranın Fars Xəbər Agentliyi və “Səhər” TV-nin müxbiri kimi işləyirdi və Bakıdakı məhkəmə onu 12 iyun 2012-ci il tarixində uyuşdurucu ittihamı ilə iki il müddətinə azadlıqdan məhrum etmişdi. Jurnalistin yaxınları yerli mediaya bu ittihamın saxta olduğunu bildirmişdilər. Anar Bayramlının əməkdaşlıq etdiyi hər iki İran media orqanı Azərbaycana qarşı mövqeyi ilə seçilir və həm Azərbaycan hökuməti, həm də ictimaiyyət onları casus şəbəkəsi kimi qəbul edir.
Əfv edilən ikinci jurnalist – Aydın Canıyev isə həftəlik “Xural” qəzeti ilə əməkdaşlıq edirdi və 21 noyabr 2011-ci ildə Lənkəran Rayon Məhkəməsi tərəfindən “xuliqanlığa görə” 3 il müddətinə həbsə məhkum edilmişdi. Onun həbsinin də yerli məmurları tənqid etməsinə görə saxta olduğu iddia edilirdi.
Baku, CASCFEN, 27.12.2012 – The President of Azerbaijan Ilham Aliyev has issued a pardon to the group of prisoners on the eve of World Azerbaijanis Solidarity Day – December 31. As announced the Presidential Administration, among the pardoned prisoners there are two journalists as well.
One of the pardoned journalists, Anar Bayramli (31), worked for Iranian Fars News Agency and Sahar TV channel and was sentenced by the court in Baku to 2 years of imprisonment for drug possession on June 12, 2012. His relatives told to local media that the case was fabricated against the journalist. Both Iranian media outlets for which worked Bayramli are known for their anti-Azerbaijani stance and the government of Azerbaijan and the country`s community see them as an espionage network.
The second pardoned journalist, freelancer Aydin Janiyev collaborated with weekly “Xural” newspaper and was sentenced to 3 years of imprisonment on November 21, 2011 by Lankaran District Court “for hooliganism”. His case also was claimed to be fabricated due to his criticism towards local authorities.
Number of View: 4868