Bakı, CASCFEN, 23.12.2012 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) 23 dekabr 2012-ci il tarixində Park Inn otelində özünün ilk Məclisini keçirib. Məclisin toplantısına qurumun üzvü olan 67 nəfərdən 45-i qatılıb.
Azərbaycanın dövlət himninin canlı ifası və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsilə başlanan toplantıda CASCFEN sədri Azər Həsrətin məruzəsi dinlənilib, qurumun İnternet saytının təqdimatı keçirilib.
Daha sonra qonaqlar – Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan çıxış edərək CASCFEN haqqında ürək sözlərini deyiblər. Aydın Xan öz çıxışında CASCFEN-ə üzv olmaq arzusunu da ifadə edib. Toplantıya qonaq kimi qatılmış şair Tural İrfan da quruma üzv olmaq üçün müraciət edib. Hər iki müraciət müsbət həll edilib.
Bundan sonra təşkilat məsələlərinə baxan toplantı iştirakçıları CASCFEN-in 29 nəfərdən ibarət Məclisinin tərkibini seçiblər. Məclisə aşağıdakı şəxslər üzv olub (əlifba sırasıyla):
- Aqil Camal – “Türküstan” qəzetinin baş redaktoru
- Anar Baratoğlu – “Palitra” qəzetinin müxbiri
- Arzu Soltan – müstəqil jurnalist
- Aydın Xan – Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri
- Cahan Əli – müstəqil jurnalist
- Cəmaləddin Həsənoğlu – “Paritet” qəzetinin baş redaktoru
- Elbrus Ərud – Qafqazİnfo.az İnternet qəzetinin baş direktoru
- Elşad Paşasoy – “Yeni Müsavat” qəzetinin müxbiri
- Əfsanə Ələsgərli – “Xalq qəzeti”nin əməkdaşı
- Əkbər Qoşalı – Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair
- Dr. Faiq Qəzənfəroğlu – Azərbaycan Milli Elmlər Akademiyasının böyük elmi işçisi
- Firuzə Bəyməmmədqızı – Jurnalistlər Extremal Şəraitdə İctimai Birliyinin sədri
- İlham Tumas – ATV-nin redaktoru
- İmran Bədirxanlı – İctimai TV və Radio yayımları şirkəti, böyük redaktor
- Qalib İbrahimoğlu – “Ekspress” qəzetinin redaktoru
- Lalə Musaqızı – “Kaspi” qəzetinin müxbiri
- Nadir Azəri – “Yeni Azərbaycan” qəzetinin şöbə redaktoru
- Namiq Hacıheydərli – şair
- Nəzmiyyə Hicran – şairə, M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanasının əməkdaşı
- Nüşabə Hüseynli – “Space” TV-nin redaktoru
- Pərviz Elay – “Millətçilik” qəzetinin baş redaktoru
- Prof. Dr. Ramiz Əskər – jurnalist və araşdırmaçı
- Rey Kərimoğlu – müstəqil jurnalist
- Seymur Verdizadə – Jurnalist Araşdırmaları Mərkəzinin sədri
- Səbuhi Rəhimli – “Qoroskop” qəzetinin baş redaktoru
- Səhər Əhməd – Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə
- Şəmistan Əlizamanlı – vətənpərvər mahnıların ifaçısı
- Vəli Vəliyev – “Səs” İnformasiya Agentliyinin icraçı direktoru
- Vüqar Tofiqli – Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Məclisin tərkibi müəyyən edildikdən sonra “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal onun sədri, “Xalq qəzeti”nin əməkdaşı Əfsanə Ələsgərli isə katibi seçilib.
Toplantıda CASCFEN Nəzarət Təftiş Komissiyasının (NTK) 3 nəfərdən ibarət tərkibi də müəyyən edilib. Bunlar “Millətçilik” qəzetinin redaktoru Sevda Əsgər, hüquqşünas Şəmşir Əlisoy və gənc şair, müəllim Habil Yaşardır. Məclisdən sonra keçirilən toplantıda NTK üzvləri Sevda Əsgəri bu qurumun sədri seçiblər.
Məclisin toplantısında CASCFEN İdarə Heyətinin tərkibinə daha iki nəfər əlavə edilib. Bunlar Prof. Dr. Ramiz Əskər və şairə Səhər Əhməddir. Beləliklə İH-nin tərkibi 9 nəfərə çatdırılıb.
Toplantı iştirakçıları CASCFEN-in iki bölgə üzrə təmsilçilərinin təyin edilməsinə də səs verib. Şair Aqşin Dadaşoğlu Şimal bölgəsi üzrə, Həcər Əsgərova isə Qarabağ bölgəsi üzrə CASCFEN təmsilçiləri təyin edilib.
Məclis iştirakçıları qurumun 2013-cü il üçün proqramının ümumi çərçivəsini də müəyyən edib. Nəzərdə tutulan əsas tədbirlər sırasında 20 mart 2013-cü il tarixində CASCFEN-in 10 illik yubiley tədbirinin keçirilməsi, 3 May Dünya Mətbuat Azadlığı Gününün qeyd edilməsi, 22 iyul Azərbaycan Jurnalistikası Gününə həsr edilmiş tədbir və sentyabr-oktyabr aylarında təşkilatın qurultayının keçirilməsi qərara alınıb.
Sonda toplantı iştirakçıları təşkilatın layihələri haqqında fikir mübadiləsi aparıb və xatirə şəkli çəkdirib.
Toplantının fotoalbomu üçün, lütfən, buraya tıqlayın.
CASCFEN Mətbuat Xidməti
Baku, CASCFEN, Dec 23, 2012 – Baku based freedom of expression watchdog – the Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) has held its first Assembly meeting on December 23, 2012 in Park Inn hotel, Baku. 45 members of CASCFEN out of 67 had attended the event.
After live performance of national anthem of Azerbaijan and the honoring the memory of martyrs the Assembly heard the report of CASCFEN chairman Azer Hasret and watched presentation of organization`s web site.
Afterwards brief speeches were made by the guests of the event – Mr. Umud Rahimoglu, chairman of the International Eurasia Press Fund, Yadigar Mammedli, Chairman of the Democratic Journalists League, Mushfiq Aleskerli, Chairman of the Journalists` Trade Union, Aydin Khan, Chairman of the New Writers and Artists Association. The guests talking about CASCFEN`s role in defending and promoting freedom of expression in Azerbaijan and beyond have noted their appreciation.
Aydin Khan, talking about importance of CASCFEN activities expressed his wish to join this organization and applied for membership. One more guest, a poet Tural Irfan also applied for membership to CASCFEN and both were unanimously accepted to the organization.
After hearing speeches the meeting attendants have elected 29 members to CASCFEN permanent Assembly. The following persons were elected (in alphabetical order):
- Aqil Jamal – chief editor, “Türküstan” weekly
- Anar Baratoğlu – correspondent, “Palitra” daily
- Arzu Soltan – independent journalist
- Aydin Khan – chairman, New Writers and Artists Association
- Jahan Ali – independent journalist
- Jamaleddin Hasanoglu – chief editor, “Paritet” daily
- Elbrus Erud – general director, Qafqazinfo.az internet newspaper
- Elshad Pashasoy – correspondent, “Yeni Musavat” daily
- Efsane Alaskerli – journalist, “Khalq qezeti” daily
- Akber Qoshali – poet, chairman, World Young Turkish Writers Association
- Dr. Faiq Qazenferoglu – senior scinetific worker at the Azerbaijan National Academy of Sciences
- Firuze Beymammedqizi – chairwoman, Journalists in Extreme Situaion Public Association
- Ilham Tumas – editor, ATV
- Imran Bedirkhanli – senior editor, Public TV and Radio Broadcasting
- Qalib Ibrahimoglu – editor, “Ekspress” daily
- Lale Musaqizi – correspondent, “Kaspi” daily
- Nadir Azeri – section editor, “Yeni Azerbaycan” daily
- Namiq Hajiheyderli – poet
- Nezmiyye Hijran – poet, epmpolyee of the Azerbaijan National Library named after M.F.Akhundov
- Nushabe Huseynli – editor, “Space” TV
- Perviz Elay – chief editor, “Milletchilik” weekly
- Prof. Dr. Ramiz Asker – journalist and researcher
- Rey Kerimoglu – independent journalist
- Seymur Verdizade – chairman, Journalist Researches Center
- Sebuhi Rehimli – chief editor, “Qoroskop” newspaper
- Seher Ahmed – poet, a member of Azerbaijan Writers Union
- Shemistan Alizamanli – patriotic songs singer
- Veli Veliyev – executive director, “Ses” Information Agency
- Vuqar Tofiqli – executive director, Azerbaijan Free Speech Foundation
After electing the members of the Assembly the participants have elected Aqil Jamal to the position of Assembly chairman and Efsane Alaskerli as an Assembly secretary.
The meeting elected 3 members of the Control Revision Commission (CRC) as well. These were Sevda Askerova, editor of “Milletchilik” newspaper, Shemshir Alisoy, a lawyer, a young poet and teacher Habil Yashar. In the meeting of the CRC conducted immideately afterwards Sevda Askerova was elected as a chairwoman of this structure.
Two new members have been added to the CASCFEN Board as well. These are Prof. Dr. Ramiz Asker and a poet Seher Ahmed. So the Board of CASCFEN now consists of 9 members.
Two representatives of the CASCFEN in the regions of Azerbaijan were appointed as well: poet Aqshin Dadashoglu for the Northern region and Hajer Askerova for Karabakh region.
While talking about the program for 2013 meeting participants decided to conduct CASCFEN`s 10th year anniversary on March 20, 2013, to arrange events for the May 3 World Press Freedom Day, to mark July 22, Azerbaijan Journalism Day and conduct CASCFEN Congress on September-October, 2013
At the end of the meeting participants discussed upcoming projects of CASCFEN.
For the photo album from the event please click here.
CASCFEN Press Service
Number of View: 14269