Türk operator, İordaniyalı reportyor 2012-ci il SEEMO insan haqları mükafatını qazanırTurkish Cameraman, Jordanian Reporter Win 2012 SEEMO Human Rights Award

Cüneyt Ünal azad edildikdən sonra / Foto: BBG.gov

Vyana, SEEMO, 04.12.2012 – Beynəlxalq Mətbuat İnstitutunun tərkib hissəsində olan Güney-Şərqi Avropa Media Təşkilatı (SEEMO) türk operator Cüneyt Ünal və onun hələ də itkin sayılan həmkarı, Fələstin əsilli İordaniyalı reportyor Bəşər Fəhmi Qədumini 2012-ci il insan haqları mükafatının qalibi elan edib.

Mükafatın 6 dekabr 2012-ci il tarixində Türkiyənin İstanbul şəhərindəki Kadir Has Universitetində keçiriləcək mərasimdə təqdim edilməsi planlaşdırılır.

Ünal TRT Türk və CNN Türk də daxil olmaqla Türkiyənin müxtəlif KİV-lərində operator olaraq çalışıb. Bu ilin mayında o, Türkiyə Xəbər Operatorları Assosiasiyasının Baran İnformasiya Texnologiyaları xüsusi mükafatına layiq görülüb. Bu mükafat ona 2011-ci il Liviya münaqişəsini ən yaxşı şəkildə işıqlandıraraq “İlin ən yaxşı xəbər çəkilişləri” adlı beynəlxalq yarışmanın qalibi olmasına görə təqdim edilib.

Ünal ABŞ tərəfindən maliyyələşdirilən ərəb dilli peyk TV-si olan əl-Hürrə üçün Suriyadakı vətəndaş müharibəsini işıqlandırmaq məqsədilə 2012-ci ilin avqustunda Hələbə səfər etmiş və burada qaçırılmışdı. O, qaçırılarkən döyülmüş və sonra Suriya ordusuna təhvil verilmişdi. 89 gün girovluqda qaldıqdan sonra Ünal noyabrın 18-də azadlığa buraxılmışdı.

Əl-Hürrə üçün işləyən Fəhmi Qədumi də Ünalla birlikdə Hələbə səfər etmiş və avqustun 21-də yoxa çıxmışdır. Ünalın dediyinə görə, rejim tərəfdarları onları bir qrup jurnalistlə birlikdə səfər edərkən hücuma məruz qoymuşlar. Ünal onu da deyir ki, həmin gündən sonra o, Fəhmini görməyib və onun yeri bəlli deyil. Suriya hökuməti Fəhmini əsir götürdüyünü inkar edir.

SEEMO insan haqları mükafatı 2002-ci ildə 10 dekabr insan haqları günü ilə bağlı təsis edilib.

İngilis dilindən tərcümə CASCFEN-ə aiddir.

Cüneyt Ünal after being released / Photo: BBG.gov

Vienna, SEEMO, Dec 04, 2012 – The South and East Europe Media Organisation (SEEMO), an affiliate of the International Press Institute (IPI), has named Turkish cameraman Cüneyt Ünal and his missing colleague, Jordanian reporter of Palestinian origin Bashar Fahmi Kaddumi, the winners of the 2012 SEEMO Human Rights Award.

The award is scheduled to be presented during a ceremony on 6 December 2012 at the Kadir Has University in Istanbul, Turkey.

Ünal has worked as a cameraman for different news organizations in Turkey, including TRT Turk and CNN Turk. In May, the Turkish Association of News Cameramen awarded him the Baran Information Technology Special Award as part of the ZOOM 2011 Best News Pictures of the Year International Competition for Ünal’s coverage of the conflict in Libya in 2011.

Ünal was covering the Syrian civil war for the U.S.-funded Arabic-language satellite station Al Hurra in August 2012 when he travelled to Aleppo, where he was kidnapped, beaten and delivered to the Syrian Army on 21 August. He was released on 18 November after 89 days in captivity.

Fahmi Kaddumi, also with Al Hurra, travelled to Aleppo with Ünal and disappeared on 21 August. According to Ünal, Fahmi Kaddumi was shot as a pro-regime militia attacked the pair and other journalists with whom they were travelling. Ünal said he has not seen his colleague since that day and Fahmi Kaddumi’s whereabouts remain unknown. The Syrian government denies that it is holding him captive.

The SEEMO Human Rights Award was established in 2002 in connection with the International Human Rights Day on 10 December.

Number of View: 26354