CASCFEN sədrindən “Bakı Xəbər”in redaksiyasına təşəkkür ziyarəti – Şəkil CASCFEN chairman pays a thanksgiving visit to “Bakı Khabar” daily – Photo

Aydın Quliyev və Azər Həsrət

Bakı, CASCFEN, 04.12.2012 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət gündəlik “Bakı Xəbər” qəzetinin redaksiyasını ziyarət edərək baş redaktor Aydın Quliyevlə görüşüb.

Qurumdan verilən xəbərdə deyilir ki, görüş CASCFEN-in KİV redaksiyalarına ziyarət proqramı çərçivəsində baş tutub.

Baş redaktorla görüşən Azər Həsrət bildirib ki, təmsil etdiyi təşkilatın İdarə Heyəti “Bakı Xəbər” qəzetinin rəhbəri və kollektivinə ayrıca təşəkkür etməyi tapşırıb: “Ona görə də mən şəxsən sizə və qəzetinizin bütün əməkdaşlarına xüsusi təşəkkürümüzü çatdırıram. “Bakı Xəbər” ölkənin aparıcı gündəlik qəzetlərindən biri kimi hər zaman fikir plüralizminə özəl sayğı ilə yanaşmaqla bərabər etik jurnalistika çərçivəsində nümunəvi fəaliyyət göstərir. Üstəlik, təmsil etdiyimiz təşkilatın çalışmalarının ictimai rəyə tanıdılması istiqamətində bu qəzet çox böyük yardımçı olur. Məhz bunu nəzərə alaraq təşkilatımızın İdarə Heyəti məndən xahiş edib ki, sizə ayrıca təşəkkürümüzü çatdıraq və bunu elan edək”.

“Bakı Xəbər”in baş redaktoru Aydın Quliyev də öz növbəsində bildirib ki, başçılıq etdiyi qəzet hər zaman fərqli siyasi kəsimlərə aid qurumlara və şəxslərə bərabər məsafə saxlamaqla ölkədə etik və plüralist media mühitinin möhkəmlənməsində maraqlıdır. “Bizim qəzetimiz azad fəaliyyət şəraitindən sui-istifadə etmir, əksinə, bu şəraitdə media plüralizminin etik standartlar çərçivəsində daha da genişlənməsi üçün çalışır. Biz istəyirik ki, Azərbaycan mediası mütləq dünyanın qəbul etdiyi standartlar çərçivəsində, layiqli səviyyədə fəaliyyət göstərsin. Ona görə də fikir plüralizmi, jurnalist etikası kimi məsələlərdə çox həssasıq”, – deyən Aydın Quliyev onu da əlavə edib CASCFEN və bənzəri qurumların bu yöndə fəaliyyətlərini cəmiyyət üçün gərəkli saydıqları üçün heç bir xahiş gözləmədən informasiya dəstəyi verirlər. “Biz bu dəstəyimizi bundan sonra da davam etdirəcəyik”, – deyə o, fikrini yekunlaşdırıb.

Görüşün sonunda Azər Həsrət “Bakı Xəbər”in jurnalistlərini də CASCFEN-in layihələrində yaxından iştiraka dəvət edib.

CASCFEN Mətbuat Xidməti

Aydin Quliyev and Azer Hasret

Baku, CASCFEN, Dec 04, 2012 – A chairman of the Baku based freedom of expression watchdog, Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) Azer Hasret paid a thanksgiving visit to the editorial offices of “Baki Khabar” daily newspaper and met with chief editor Aydin Quliyev.

According to news delivered by CASCFEN the visit was implemented in the framework of the program on “Visits to mass media editorial offices”.

Meeting with chief editor Azer Hasret said that CASCFEN Board has asked him to thank especially the leadership and staff members of “Baki Khabar”: “That`s why I express our thanks to you and to all staff members of your newspaper. “Baki Khabar” being one of the leading daily newspapers of the country always acts in line with ethical journalism standards and respects pluralism of thoughts. Plus this newspaper plays a vital role in our organization`s news dissemination processes thus serving the public interests. So taking into consideration the above said our Board asked me to thank you and announce this to the public attention”.

Chief Editor of “Baki Khabar” Aydin Quliyev has noted in turn that his newspaper always tries to keep the same distance to all political opinions and is interested in development of pluralist media in the country. “Our newspaper doesn`t misuse the opportunities, in contrary, we try for broadening of media pluralism in terms of this situation. We just want Azerbaijani mass media to act in line with high ethical standards of journalism accepted internationally. That`s why we are very sensitive to such factors like pluralism of thoughts and journalism ethics” – has said Aydin Quliyev and added that they always provide information support to CASCFEN and likewise organizations not waiting asked to do this. “We`ll continue our support further” – said chief editor.

At the end of the meeting Azer Hasret invited “Baki Khabar” journalists to be closely involved in CASCFEN`s programs.

CASCFEN Press Service

Number of View: 15673