Bakı, CASCFEN, 03.12.2012 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) İdarə Heyətinin (İH) 1 dekabr 2012-ci il tarixində keçirilən toplantısında daha 15 nəfər qurumun üzvlüyünə qəbul edilib, bir sıra mühüm qərarlar verilib.
Qurumdan verilən xəbərə görə, toplantıda görülən işlər barədə məlumat verən CASCFEN sədri Azər Həsrət bildirib ki, ötən bir ay ərzində təşkilat bir milli, iki beynəlxalq quruma üzv olub. Bunlar Azərbaycan Milli QHT Forumu, həmçinin Medianın İnkişafı Qlobal Fondu və Etik Jurnalistika Şəbəkəsi adlı qurumlardır. Sədr onu da bildirib ki, KİV redaksiyalarında görüşlər davam etdirilib, özü Bakıda keçirilən İnternet İdarəetməçiliyi Forumunda iştirak edib, Azərbaycanda səfərdə olan bir sıra xarici qonaqlarla ikitərəfli görüşlər baş tutub. Bunların arasında noyabrın əvvəllərində CASCFEN üzvü Əkbər Qoşalının başçılıq etdiyi Dünya Gənc Türk Yazarlar Birliyinin “Gəldik, gördük, yazdıq” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan türk dövlət və topluluqlarından yeni nəsil yazarlarla görüşü o, xüsusi qeyd edib.
CASCFEN sədri onu da bildirib ki, İnternet İdarəetməçiliyi Forumunda iştirak edən ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç, Avropa Şurasının insan hüquqları komissarı Nils Muijnieks, UNESCO-nun söz və mətbuat azadlığı bölümünün direktoru Gay Berger, həmçinin ICANN, Freedom House, Index on Censorship kimi bir sıra beynəlxalq qurumların təmsilçiləri ilə görüşüb.
Sədr öz çıxışında əlavə edib ki, təşkilatın elan etdiyi “Onlayn etika – Netiket” proqramı, həmçinin ümumilikdə qurumun fəaliyyəti geniş media dəstəyi görüb.
Sədrin hesabatı dinlənildikdən sonra İH yeni üzvlərin qəbulu məsələsinə baxıb. Daha 15 nəfərin ərizələri tək-tək nəzərdən keçirilib və aşağıdakılar yekdilliklə CASCFEN üzvlüyünə qəbul edilib (əlifba sırasıyla):
- Aqşin Dadaşoğlu – şair, “Ay işığı”, “Ulduzlar” və “Gülüstan” ədəbi məclislərinin (Quba-Xaçmaz) üzvü
- Anar Baratoğlu – “Palitra” qəzetinin müxbiri
- Cəmaləddin Həsənoğlu – “Paritet” qəzetinin baş redaktoru
- Elza Əbülfətqızı – müstəqil jurnalist, Kuzey Kıbrıs Türk Cümhuriyyəti
- Habil Yaşar – şair, Bakı Neft Energetika Kollecinin müəllimi
- İlkin Ağahüseynoğlu – “Palitra” qəzetinin müxbiri
- Kamran Mürsəloğlu – Azərbaycan Texniki Universitetinin magistri
- Könül Səid – şairə, “Gündəlik teleqraf” qəzetinin müxbiri
- Nəzmiyyə Salmanqızı – şairə, M.F.Axundov ad. Azərbaycan Milli Kitabxanasının əməkdaşı
- Rasim Mustafaoğlu – “Space” TV-nin redaktoru
- Rəsmiyyə Sabir – şairə, AMEA İqtisadiyyat İnstitutunun elmi katibi
- Səbinə Əliqızı – Bakı Dövlət Universitetinin tələbəsi
- Şəmşir Əlisoy – hüquqşünas
- Teymur Zahidoğlu – APA xəbər agentliyinin Qarabağ bölgə müxbiri
- Ülkər İsmayılqızı – müstəqil jurnalist, “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin sədri
Toplantıda həmçinin CASCFEN İH üzvlərinin sayının artırılması qərara alınıb. Bu məsələnin qurumun dekabrın 23-də keçirilməsi nəzərdə tutulan Məclisində həll edilməsi barədə qərar verilib.
İH üzvləri ötən bir ay ərzində jurnalistlərə qarşı törədilənlər barədə də fikir mübadiləsi aparıblar. “Yeni Müsavat” qəzetinin müxbiri Fərahim İlqaroğlu və “Turan” agentliyinin müxbiri Etimad Budaqovun müxalifətin etiraz aksiyalarından birində polis zorakılığına məruz qalmasından rahatsızlıq ifadə edilib. İH üzvləri Daxili İşlər Nazirliyinin ən yüksək səviyyədə bu məsələni diqqətdə saxlaması və sonucda məsələnin jurnalistləri razı salacaq şəkildə həll edilməsini nəzərə alaraq bununla bağlı ayrıca sənəd qəbul etməyib.
İH həmçinin qərara alıb ki, kütləvi aksiyalar zamanı jurnalistlərin fəaliyyət azadlığının təmin edilməsi ilə bağlı müşahidələrə başlanılsın.
CASCFEN İH-nin toplantısında sədr Azər Həsrətlə bərabər sədr müavinləri Rey Kərimoğlu və Nadir Azəri, həmçinin İH üzvləri Nüşabə Hüseynli, Qalib İbrahimoğlu və Elşad Paşasoy iştirak edib. İH üzvü Lalə Musaqızıüzrlü səbəbdən toplantıya qatılmayıb.
CASCFEN Mətbuat Xidməti
Baku, CASCFEN, Dec 03, 2012 – In the Board meeting of the Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) held on December 1, 2012 another 15 new members accepted to membership and some important decisions were taken.
According to news delivered by CASCFEN Press Service, CASCFEN chairman Azer Hasret speaking about implementation of decisions taken in previous Board meeting reported that during last month the organization has become a member of one more national NGO coalition and two international organizations. These are Azerbaijan National NGO Forum, Ethical Journalism Network and Global Forum for Media Development.
The chairman has added that the visits to mass media offices have been continued as well.
He noted that has attended Internet Governance Forum held in Baku on November 05-09 and acted as a speaker in two panels. Using this opportunity he had meetings with representatives of international organizations. Among those met during IGF were OSCE representative on freedom of the media Dunja Mijatovic, Council of Europe`s Human Rights Commissioner Nils Muiznieks, director of UNESCO`s Division of Freedom of Expression and Media Guy Berger, representatives of ICANN, Freeedom House, Index on Censorship and others.
Azer Hasret noted one more important meeting with 18 journalists and writers coming from different Turkish countries in the framework of the project named “Came, saw, wrote” implemented by CASCFEN member, chairman of the World Young Turkish Writers Association Akber Qoshali.
Chairman said that CASCFEN`s project “Online Ethics – Netiquette” and all activities of the organization has got wide coverage by national press.
After chairman`s report to Board, members considered one by one applications for CASCFEN membership and the following 15 applicants were accepted to members:
- Aqshin Dadashoglu – poet, a member of “Moon light”, “Stars” and “Gulustan” literature clubs in Quba-Khachmaz region
- Anar Baratoglu – correspondent of “Palitra” newspaper
- Jamaleddin Hasanoglu – chief editor of “Paritet” newspaper
- Elza Abulfetqizi – independent journalist
- Habil Yashar – poet, a teacher of Baku Oil Energy College
- Ilkin Agahuseynoglu – correspondent of “Palitra” newspaper
- Kamran Mursaloglu – masters student at Azerbaijan Technical University
- Konul Said – poet, correspondent of “Gundelik teleqraf” newspaper
- Nazmiyye Salmanqizi – poet, programmer in the Azerbaijan National Library named after M.F.Akhundov
- Rasim Mustafaoglu – editor of Space TV
- Resmiyye Sabir – poet, scientific secretary of the Economy Institute of the Azerbaijan National Academy of Sciences
- Sabine Aliqizi – student at Baku State University
- Shamshir Alisoy – lawyer
- Teymur Zahidoglu – regional correspondent of APA news agency in Karabakh
- Ulker Ismayilqizi – independent journalist, chairwoman of the Public Association “For Woman Leadership”
CASCFEN Board also decided to increase a number of Board members. This issue will be discussed during an Assembly of CASCFEN scheduled for December 23, 2012.
Board members exchanged thoughts about violations of journalist rights during last month. Was noted especially a case of attack by policemen on two journalists: Ferahim Ilqaroglu of “Yeni Musavat” daily and Etimad Budaqov of “Turan” news agency. The Board taking into consideration investigations conducted by the Ministry of Internal Affairs on high level decided not to act with statement as the both journalists were happy with the results.
The Board also decided to start conducting of monitoring during mass street actions in order to watch police attitude towards media workers.
Attending the Board meeting alongside with CASCFEN chairman Azer Hasret were deputy chairmen Rey Kerimoglu and Nadir Azeri, also Board members Nushabe Huseynli, Qalib Ibrahimoglu and Elshad Pashasoy. One more Board member Lale Musaqizi was absent due to respective reason.
CASCFEN Press Service
Number of View: 4423