Lalə Ağayeva – CASCFEN-nin Şabran rayonu üzrə koordinatoru
Azərbaycan dövləti növbəti mühüm və tarixi siyasi proses ərəfəsindədir. Fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Xalqımız seçki məntəqələrinə gedib, Azərbaycana növbəti müddətə rəhbərlik edəcək şəxsi seçəcək. Və kimsə şübhə etmir ki, xalqımız yenə də cənab İlham Əliyevə səs verəcək.
Çünki ötən 20 il ərzində Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə misilsiz və tarixi uğurlar əldə edib.
Çünki məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Bu gün Azərbaycan bütün ölkə ərazisində dövlət suverenliyini bərpa edib.
Qeyd edim ki, növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsas səbəbi də məhz bu məqamla bağlıdır. Yəni Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə seçkilər bütün ölkə ərazisində keçiriləcək və bütün ölkə vətəndaşları öz yaşadıqları yerlərdə seçki məntəqələrinə gedib, səsvermə hüququndan istifadə edəcəklər.
Bu seçkilərə Qalib Dövlət və Qalib Xalq kimi gedirik. Və deməli, bizə bu xoşbəxtliyi, bu tarixi uğuru bəxş edən Liderə – Qalib Xalqın Qalib Liderinə səs vermək üçün seçkilərdə yüksək fəallıq göstərməliyik.
Bir sözlə, Vətən Müharibəsində əldə etdiyimiz tarixi Zəfərimizi daha da gücləndirmək üçün Azərbaycan xalqı seçkidə mütəşəkkilliklə iştirak etməlidir. Bunun üçün isə hər birimiz, qocasından tutmuş ilk dəfə səs verəcək gəncinə kimi hamı, o cümlədən QHT təmsilçiləri də fəal və məsuliyyətli olmalıdır.
Number of View: 794