Agentlikdə ekoloji yönümlü bir qrup QHT sədrləri ilə görüş keçirilib

Yanvarın 24-də QHT-lərə Dövlət Dəstəyi Agentliyində ekoloji yönümlü bir qrup QHT nümayəndələri ilə görüş keçirilib.

Bu barədə yanvarın 25-də Agentlikdən məlumat verilib.

Bildirilib ki, “görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva və Agentliyin digər məsul şəxsləri iştirak edib”.

Məlumata görə, aparılan müzakirələrdə 25-ə yaxın QHT təmsilçisi ekoloji sahədə QHT-lərin fəaliyyətinin gücləndirilməsi, həmçinin Azərbaycanda keçiriləcək COP29 tədbiri ilə bağlı müxtəlif təkliflərlə çıxış edib, müvafiq qeydlər götürülüb, suallar cavablandırılıb.

Number of View: 265